Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Media / Tərtər Təhsil Şöbəsində anoloqsuz sınaq imtahanları…

Tərtər Təhsil Şöbəsində anoloqsuz sınaq imtahanları…

Tərtər rayon Təhsil şöbəsi atdığı addımlarla, keçirdiyi tədbirlərlə ölkənin təhsil ictimaiyyətini təəccübləndirməkdə davam edir.

Rayondakı mənbələrimizdən Moderator.az-a daxil olan məlumata görə, mart ayının 6-da respublikanın heç bir təhsil şöbəsində yox, məhz Tərtərdə 9-11 – ci sinflərdə sınaq imtahanları keçirilib və hər bir şagirddən 5 manat pul vermək tələb olunub.

Təhsil şöbəsinin müdiri Surxay Quliyev məktəb direktorlarının etirazına baxmayaraq bunun guya Təhsil Nazirliyinin göstərişi olduğunu bildirib.

İmtahan günü məlum olub ki, test Bərdə”Çağdaş kursu”nun tərtib etdiyi suallardır və bir neçə sual da düzgün tərtib olunmayıb. Hələ bu harasıdır? Müəllimlər öyrənib ki, Bərdə “Çağdaş kursu” xeyli vaxtdır ləğv olunub və fəaliyyəti dayandırılıb. Daha çox etiraz edən direktorlara Surxay Quliyevin cavabı belə olub: “Mənlik deyil, icra hakimiyyətindən gələn göstərişdir”.

Qeyd edək ki, 50 – dən çox orta məktəbi olan Tərtərdə təxminən 1500 – dən çox 9 – 11 – ci siniflərdə oxuyan şagird var. Novruz bayramı qabağı yaxşı hədiyyədir, deyilmi? Bazarınız olsun, yaxşı bazarlıq edər bu “sınaq imtahanından” 5 manat alanlar…

Tərtərdə 5 manatı qonum – qonşudan alıb Surxay Quliyevə verənlər bayram süfrəsini necə açacaqlarını fikirləşirlər. Bəs Təhsil Nazirliyi necə? Nazirlikdə Tərtər təhsil şöbəsinin qanunsuz ekspermentləri barədə fikirləşəcəklərmi?

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın