Bazar , Oktyabr 25 2020
Ana səhifə / Media / Təhsili yoxdur, “müalicə” ilə məşğul olur – VİDEO

Təhsili yoxdur, “müalicə” ilə məşğul olur – VİDEO

Ara həkimi kimi adlandırılan 74 yaşlı Xanım Təmirova  masajla  bir çox xəstəlikləri müalicə etdiyini iddia edir.

Hətta vətəndaşların diqqətini çəkmək üçün küçələrə elanı da yerləşdirilib. Xanım Təmirova bu faəliyyət ilə 50 ildir ki, məşğul olduğunu deyir. Buna görə  də özünü hətta ara həkimi kimi tanıdır.

Xanım Təmirovanın heç bir tibbi təhsili yoxdur. Dəhşətlisi odur ki, təhsili olmadığı halda o, əməliyyat tələb edən qadın xəstəliklərini də müalicə etdiyini deyir. El arasında Xanım ana kimi tanınan bu qadın tibb təhsili kimi lisenziyanı da əhəmiyyətli hesab etmir.

Bununla belə, ona inanlar da az deyil.

Mütəxəssislər isə deyirlər ki, xüsusən də əllə qadınların belinin çəkilməsi tamamilə risklidir. Çünki bu problem əməliyyat tələb edir.

Hüquqşünas Kamandar Kamandarov deyir ki, tibbi təhsili, lisenziyası olmadan, eyni zamanda bir deyil, bir neçə müalicə profilləri üzrə fəaliyyət göstərməyə icazə yoxdur. Hətta qeyri-qanuni fəaliyyət göstərdiyinə görə onlara  İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə məsuliyyəti tətbiq olunur.

Həmçinin oxuyun

Azərbaycanla bağlı qərəzli xəbər yayan “Amerikanın səsi” üzr istədi

“Amerikanın səsi” radiostansiyası rəsmi feysbuk səhifəsində və saytında Azərbaycana qarşı daima qərəzli mövqeyi ilə fərqlənən …

Bir cavab yazın