Ana səhifə / Media / Suyun qarşısını “əjdaha” kəsib? – Şəkidə susuz qalan kənd

Suyun qarşısını “əjdaha” kəsib? – Şəkidə susuz qalan kənd

Şəkinin Qoxmuq kəndində sakinlər su sarıdan korluq çəkir. Əkin sahələrini suvarmaq müşkül məsələyə çevrildiyi üçün təsərrüfatçılar yararlı torpaqlarından vaz keçmək məcburiyyətində qalıblar.

“Qafqazinfo” Kanal S-ə istinadən xəbər verir ki, vaxtilə bu ərazilər kənd sakinlərinin əkinçiliklə məşğul olduğu əsas yararlı torpaq sahələrindən olub. Qoxmuq kənd sakinləri burada müxtəlif tərəvəz bitkiləri əkməklə həm öz tələbatlarını ödəyiblər, həm də bu məhsulların satışını həyata keçiriblər. Ancaq son vaxtlar artezian quyularının işləməməsi sakinlərin əl-qolunu işdən soyudub, nəticədə sahələri kol-kos basıb.

Hazırda istifadəyə yararsız olan bu torpaqlarda sakinlər vaxtilə tütünçülüklə də məşğul olurdular. Son vaxtlar isə tütünçülüyün inkişafı istiqamətində atılan addımlar Qoxmuq kəndində də problemin həllini labüd edir. Çünki bəzi sakinlər əlacsızlıqdan ərazidə dəmyə taxıl əkini həyata keçirirlər.

Ərazidə 4 artezian quyusu olmasına baxmayaraq, yalnız bir quyu fəaliyyət göstərir. Bu quyunun da nasaz olması və tam gücü ilə işləməməsi suvarmaya olan təlabatı ödəyə bilmir.

Su Artezian Quyularının İstismarı İdarəsindən verilən məlumata əsasən, 2016-cıl il üçün Aşağı Göynük, Baş Göynük, Orta Zəyzid, Baş Layısqı, Kosalı, eləcə də şəhər ərazisində artezian quyularının qazılması nəzərdə tutulub. Siyahıda bu kəndin adının olmaması isə onu deməyə əsas verir ki, qarşıdan gələn qızmar yay aylarında sakinlər sudan korluq çəkəcək.

 

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın