Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Suyu kəsilmiş Bülbülə sakinləri: “Bizi uşaq yerinə qoyublar”

Suyu kəsilmiş Bülbülə sakinləri: “Bizi uşaq yerinə qoyublar”

Bakı şəhəri Suraxanı rayonunun Bülbülə qəsəbəsində bir qrup ailə Azərsu Açıq Səhmdar Cəmiyyətindən şikayətçidir. Sakinlərin sözlərinə görə, qurum bir neçə məhəllənin suyunu tamamilə kəsib. Səbəb isə bəzi sakinlərin suya görə yığılmış borcudur.

Beş gündür susuz qaldıqlarını deyən sakinlər bildirirlər ki, Azərsu ASC borcu olmayanlara maşınla su paylayır.

Sakinlər deyirlər ki, borcu olan vətəndaşlara görə borcu olmayanların suyunun kəsilməsi qanuni deyil.

Azərsu ASC-nin sözçüsü Anar Cəbrayıllı problemdən xəbərdar olduğunu deyir və qeyd edir ki, qurumun bu addımı atmasına səbəb ərazidə olan əhalinin kütləvi su borcudur.

“Bir neçə dalanda bu problem var, vətəndaşların kütləvi borcu var, biz onları ödənişə cəlb edə bilmirik. Evin içinə buraxmırlar ki, suyun verilməsini dayandıraq”, deyən qurum sözçüsü qanunun onlara belə addım atmağa icazə verdiyini də qeyd edir.

“Vətəndaşa bildiriş verilir, 1 ay müddətində ödəmirsə, suyun verilməsini dayandırmalıyıq”, o deyir.

Qurum sözçüsü bildirir ki, ərazidə bəzi ailələrin 150, 200, 180 manat su borcu var.

O iddia edir ki, ərazidə olan ailələrin cəmi 15-20 faizinin borcu yoxdur, sonra isə “…ödəmirlərsə, nə etməliyik” deyə sual verir.

Borcu olan qəsəbə sakini isə ödəniş edə bilməməsinin səbəbini işsizlikdə görür. O qeyd edir ki, onun borcuna görə digər ailələrin susuz qalması doğru deyil.

“Mənim borcum varsa, mənim suyumu kəssin”, o əlavə edir. (BBC)

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın