Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / Sürüşmə insanları qaçmağa məcbur edir – VİDEO

Sürüşmə insanları qaçmağa məcbur edir – VİDEO

Xızıda baş verən sürüşmə yaşayış evlərinin hasarına ziyan vurub.

ARB Şimal xəbər verir ki, Xızıdan Altıağac qəsəbəsinə gedən avtomobil yolunda baş verən torpaq sürüşməsi yaşayış evlərinə də ziyan vurub.

Altığacda 2-3 evin hasarı təbiət hadisəsi nəticəsində dağılıb. Həmin evlərdə yaşayış olmasa da, sakinlər təbii prosesin davam etdiyini bildirirlər.

Hava şəraitinin qeyri-sabit, yağışlı keçməsi torpaq sürüşməsini aktiv fazada saxlayan əsas amillərdəndir. Sakinlər bildirirlər ki, bundan əvvəl də qəsəbədə sürüşmə hadisəsi qeydə alınıb. Hətta 1970-ci illərdə Altıağacada baş verən torpaq sürüşməsinin miqyası o qədər geniş olub ki, sakinlərin köçürülməsi üçün qeydiyyat aparılıb.

Xızı-Altıağac avtomobil yolunda torpaq sürüşməsi noyabrın 22-dən başlayaıb.  Sürüşmə 11 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 19,8  kilometr olan yola ciddi ziyan vurub. Mütəxəssislər sürüşmə zonasında torpaq qatının əsasən doymuş süxurlardan ibarət olduğunu bildiriblər. Son dövrlər yağıntıların normadan artıq olması təbii prosesin baş verməsini sürətləndirib.  Hazırda yolda nəqliyyat vasitlərinin hərəkəti üçün maneə yoxdur.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın