Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Media / Sürücülər yol nişanlarına niyə məhəl qoymur? – Video

Sürücülər yol nişanlarına niyə məhəl qoymur? – Video

Bakının Nəsimi rayonu ərazisində Səməd Vurğun və Həsən Əliyev küçələrinin kəsişməsində avtobuslar hər gün qaydanı pozurlar. Belə qayda pozuntusu isə ərazidə tıxacla yanaşı qəza şəraiti də yaradır.
Sözügedən ərazidə yol nişanı yalnız düz və sağa hərəkət etməyə icazə verdiyi halda, avtobus sürücüləri geriyə də dönür, intensiv hərəkətə mane olur.
Avtobus sürücüləri isə günahı minik avtomobili sürücülərində görür. Onlar bir az irəlidə dönmə üçün ayrılan ərazinin sürücülər tərəfindən zəbt edildiyi bildiriblər.
Bakı Nəqliyyat Agentlyinin sözçüsü Nuridə Allayarova Xəzər xəbər-ə açıqlamasında maşurut yolunun müvafiq qurumlarla razılaşdırıldığını deyib. Onun sözlərinə görə, sürücülərin qayda pozuntusunun aşkarlanması yol polisinin məsuliyyətidir.

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın