Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Media / Sürücülərin nəzərinə: 60 manatlıq cərimə azalır, bal ləğv olunur

Sürücülərin nəzərinə: 60 manatlıq cərimə azalır, bal ləğv olunur

Yolayrıcında piyadaya yol verməməyə görə 3 bal tətbiq edilməyəcək.
Mayın 1-dən qüvvəyə minməsi gözlənilən yeni İnzibati Xətalar Məcəlləsində (İXM) ciddi konseptual dəyişikliklər olmasa da, bəzi maraqlı məqamlar da var. Onlardan biri sürücülərlə piyadaların qarşılıqlı münasibəti ilə bağlıdır. Avtosfer.az-ın məlumatına görə, məlumdur ki, hazırda sürücülərin piyadalar barəsində, daha doğrusu piyada keçidində hərəkətlə bağlı qaydaları pozduğu halda şəraitdən asılı olaraq daha çox İXM-in iki maddəsi ilə inzibati məsuliyyət yarana bilər:

1. Yolayrıcından kənardakı nizamlanmayan (svetoforsuz) piyada keçidində piyadaya yol verməməyə görə sürücülər İXM-in 151-3-cü maddəsi ilə 50 manat cərimə olunurlar;

2. Yolayırıcında sağa və ya sola dönərkən döndüyü yolu keçməkdə olan piyadaya yol verməyən sürücülər İXM-in 151.2-ci maddəsi üzrə yolayrıcını keçmə qaydalarını pozmaya görə 60 manat cərimə olunurlar və onlara 3 cərimə balı yazılır.

Yeni Məcəllə bu qarışıqlığa birdəfəlik son qoyaraq vahid bir maddədə piyadaya yol verməyən sürücü üçün məsuliyyət nəzərdə tutur. Özü də sürücülərin məsuliyyətini əhəmiyyətli dərəcədə yüngülləşdirməklə. Belə ki, Məcəllə qüvvəyə minəndən sonra istər yolayrıcında dönərkən, istərsə də yolayrıcından kənarda nizamlanmayan keçiddə piyadaya yol verməyən sürücü 50 manat cərimə olunacaq. Buna görə də heç bir cərimə balı nəzərdə tutulmur.

Yeni maddənin ən mühüm özəlliyi isə odur ki, piyadaya yol verməməyin normativ anlayışı nəzərdə tutulur. Bu zaman yol verməmənin klassik anlayışı əsas götürülməklə qeyd olunur ki, sürücünün piyadaya yol verməməsi onun idarə etdiyi nəqliyyat vasitəsinin hərəkətini davam etdirəcəyi və ya yenidən hərəkətə başlayacağı təqdirdə piyadanın öz hərəkət sürətini və ya hərəkət istiqamətini dəyişməyə məcbur olması kimi başa düşülməlidir.

Həmçinin oxuyun

Azərbaycanla bağlı qərəzli xəbər yayan “Amerikanın səsi” üzr istədi

“Amerikanın səsi” radiostansiyası rəsmi feysbuk səhifəsində və saytında Azərbaycana qarşı daima qərəzli mövqeyi ilə fərqlənən …

Bir cavab yazın