Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Media / Sürücülər “Premium” markalı benzinin bahalaşmasını necə qarşılayıb? – SORĞU

Sürücülər “Premium” markalı benzinin bahalaşmasını necə qarşılayıb? – SORĞU

Azərbaycana xaricdən idxal olunan “Premium” markalı benzinin qiymətində artım olub. Belə ki, əvvəllər 0.95 AZN-ə satılan benzinin hal-hazırkı qiyməti 1.05 AZN-dir. Bəs görəsən, sürücülərin qiymət artımına münasibəti necədir?
– Aİ-92 istifadə edirəm. Aİ-95 ondan yaxşıdır. Sadəcə, ucuz olduğuna görə, həm də öyrəşmişik Aİ-92 istifadə etməyə. Qiymət artımından xəbərim yoxdur. Hər şey gözləyirik. Ola bilər, 2 AZN olsun. Yəqin ki, yavaş-yavaş artım hər şeydə olacaq. Çünki dollarla əlaqədardır.
– Onsuz da mən Aİ-92-dən istifadə edirəm. Neçə olursa-olursa, mənim üçün fərq etmir. Aİ-95 ümumiyyətlə, istifadə etmirəm.
– Mən Aİ-92 istifadə edirəm, amma çoxlu nəqliyyat vasitələri var ki, sənaye, ərzaq məhsulları daşınır. Ümumi məhsulların qiymətinin artımına təsir edəcək. Əhali 10-15 gündən sonra bunu hiss edəcək.
– Çox baha olduğuna görə istifadə etmirəm. Mən Aİ-92 işlədirəm. Bu barədə məlumat verə bilmərəm.
– 1.05 AZN heç kimə sərf etmir. Məcburən Aİ-92 işlədəcəyik.
– Aİ-92 işlədirəm. Aİ-95-dən ümumiyyətlə, istifadə etmirəm.
– Aİ-95-dən, ümumiyyətlə, istifadə etmirəm. Ancaq Aİ-92.
– Düzgün deyil. Hamı kimi Aİ-92 işlədirik.
– Aİ-95-dən istifadə edirəm. Normal, pis deyil.
– Bizim işlətdiyimiz maşınlara o benzin getmir. O benzin Avro-4, Avro-5 standartlı maşınlar üçündür. Onlar üçün qiymət artımı fərq etmir. Amma bizim maşınlara tətbiq olunsa, bizə çox ziyandır. Həm də pensiya alanlar üçün nəinki benzin, digər məhsulların da qiymətinin artması çox pisdir.
– Aİ-92 istifadə edirəm. Arada Aİ-95 də. Demək olar ki, hər gün istifadə edirəm. Yarı-yarıya. Bəli, qiymət artıb. Münasibətim pisdir.
Qeyd edək ki, “Aİ-92” markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. “Aİ-95” Premium markalı benzin isə ölkəyə xaricdən gətirilir və qiyməti sərbəst təyin edilir.

Həmçinin oxuyun

Fransada Qarabağ haqqında reportajın müəllifi olan jurnalist kəskin tənqid olunur

«Sərhədsiz Reportyorlar» TF 1 televiziyasının jurnalistinin Dağlıq Qarabağ münaqişəsi haqqında hazırladığı reportajın yayımından sonra ona …

Bir cavab yazın