Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Sürücü ilə polis mübahisə etdi… –  VİDEO

Sürücü ilə polis mübahisə etdi… –  VİDEO

Şəkidə reyd zamanı gərgin anlar yaşandı.
ARB Şəki xəbər verir ki, Şəki şəhər İcra Hakimiyyəti, Dövlət Avtomobil Nəzarəti Xidməti və Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Şəkidə birgə reydlər keçirib.
Yoxlamalar zamanı qayda pozuntusuna yol verən sürücülərə qarşı inzibati protokollar tərtib edilib, bəzi avtomobillər cərimə meydançasına aparılıb.
Səhər saatlarından başlayaraq, Şəkidə avtomobillərin sıxlığı ilə seçilən – Qoxmuq dairəsində reyd keçirilib. Yoxlamalarda məqsəd qanunsuz sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı mübarizə aparmaq olub. Reyd zamanı bir sıra maraqlı faktlar aşkarlanıb.
Yoxlamalar nəticəsində fərqlənmə nişanı olmadan texniki və tibbi müayinədən keçməyən, vergi ödəməkdən yayınan 20-ə yaxın sürücüyə qarşı inzibati qaydada protokol tərtib edilib. Sürücülərlə polis aməkdaşları arasında maraqlı dialoqlarda yaşanıb:
Sürücü – Valla qanuna yazılandan sonra xəbərim yoxdur. Mən işə gedib gəlirəm.
Polis əməkdaşı – Sən bizim uşaqlarla kobud danışma. Sən çörək qazanırsan. Dövlətimizin büdcəsinə nəsə ödəməlisiz axı.
– Qeyri – qanuni mən işləyə bilmərəm ki!
– İşləyirsən axı!
– Təkcə mən işləmirəmki!
Qanunsuz sərnişindaşıma ilə məşğul olan bir neçə nəfərin avtomobili cərimə meydançasına aparılıb. Qanunsuz yük və sərnişindaşıma fəalliyyəti ilə məşğul olan sürücülərə qarşı bu cür reydlərin davam etdirilməsi gözlənilir.

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın