Ana səhifə / Media / Sürücü eyni radara 2 dəfə düşüb – Bir saniyə fərqlə

Sürücü eyni radara 2 dəfə düşüb – Bir saniyə fərqlə

Sürücü sürət həddini aşıb və radara düşüb. Lakin ona həmin inzibati xətaya görə 1 yox, 2 protokol gəlib. Həm də 1 saniyə fərqlə. Bu halda sürücü hər iki cəriməni ödəməlidirmi?

Qafqazinfo” xəbər verir ki, XəzərXəbər sözügedən hadisə ilə bağlı süjet hazırlayıb.

Qeyri-adi hadisə Bakı-Quba yolunun 138-ci kilometrliyində baş verib. Bakı şəhər sakini minik avtomobili ilə həmin yolda hərəkətdə olarkən sürət həddini aşıb və radara düşüb.

Lakin sürücüyə eyni radardan inzibati xəta haqqında protokol 1 saniyə fərqlə 2 dəfə rəsmiləşdirilib və ünvanına göndərilib. Hər protokola görə də ayrıca cərimə tələb edilir.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, həmin sürücüyə 2 protokolun tərtib olunması texniki səhv ucbatından baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinini İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə indiyə kimi 2-3 dəfə bu cür hadisə baş verib və sürücülərin müraciəti əsasında protokolardan biri ləğv edilib.

Bu cür hallarda Baş Dövlət Yol Polisi İdarəsinə yazılı və ya şifahi məlumat vermək kifayətdir.

Həmçinin oxuyun

Erməni jurnalist: “Nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduq”

Ermənistanın “5-ci” televiziya kanalının icraçı direktoru Arutyun Arutyunyan nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduqlarını bildirib. …

Bir cavab yazın