Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / “Süpürgəçi vergi ödəyir, ayda 10 toya gedən müğənni isə yox…”

“Süpürgəçi vergi ödəyir, ayda 10 toya gedən müğənni isə yox…”

“Şou-biznes nümayəndələrinin vergi ödəmələrində xeyli irəliləyişlər var”.
Bu sözləri Vergilər Nazirliyinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov KİV nümayəndələri ilə görüşündə deyib.
Müşavir bildirib ki, təkcə ötən ilin dekabr ayında şou-biznes nümayəndələri tərəfindən ödənilən vergilərin həcmi ötən ilin 11 ayında ödənilən məbləğə bərabər olub:
“Bu ilin 1-ci rübündə xeyli irəliləyiş olub. Çoxu vergiyə cəlb edilib. Aralarında elə şəxslər var ki, heç vergi uçotu qeydiyyatı olmayıb.  Bu kimi hallar aradan qaldırılıb. 12-13 min manata toya gedirlər, amma vergi ödəmək istəmirlər. Danışanda da elə ağızdolusu danışırlar ki?
Ayda 300 manat maaş alan süpürgəçi hər ay 40-50 AZN vergi ödəyir. Amma bunlar ödməkdən boyun qaçırırlar. Ciddi nəzarət davam etdirilir. Gələcəkdə ictimaiyyətə maraqlı olarsa, onların hər birinin vergi borclarını açıqlaya bilərik”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın