Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Süni qiymət artımından prezidentə – ŞİKAYƏT

Süni qiymət artımından prezidentə – ŞİKAYƏT

Prezident Administrasiyasına 2016-cı ildə daxil olan müraciətlərin bir qismində vətəndaşlar məhsulların və xidmətlərin qiymətlərinin əsassız olaraq qaldırılması hallarından narahat olduqlarını bildiriblər.

Bunu AzərTAc-a yazdığı məqaləsində Prezident Administrasiyasının şöbə müdiri Süleyman İsmayılov deyib.

S.İsmayılov deyib ki, istehlakçılar hüquqlarının pozularaq, bir çox ticarət obyektlərində və şəbəkələrində gündəlik tələbat mallarının qiymətlərinin manatın devalvasiyası bəhanəsi ilə süni şəkildə artırılmasını, müddəti ötmüş ərzaq məhsullarının satışdan yığışdırılmamasını, satılan avadanlığın, elektrik texnikasının, yem və ərzaq məhsullarının, yanacağın, bəzi dərman preparatlarının və tikinti materiallarının keyfiyyətsiz olmasını və müvafiq qurumların belə hallarla zəif mübarizə aparmasını qeyd edirlər.

S.İsmayılov aidiyyəti qurumların belə halların qarşısını bundan sonra da alaraq lazımi tədbirlər görəcəklərinə əminliyini ifadə edib.

S.İsmayılov əlavə edib ki, ötən il vətəndaşlardan Prezident Administrasiyasına daxil olmuş müraciətlərin mövzular üzrə təhlili göstərir ki, vətəndaşlar daha çox hüquq mühafizə orqanlarının, məhkəmələrin fəaliyyəti, maliyyə və bank, əfv məsələləri, rayon icra hakimiyyəti və bələdiyyələrin fəaliyyəti, müraciətlərə baxılma, torpaq, Qarabağ münaqişəsi, sosial müdafiə, mənzil, şəhərsalma və tikinti, sənaye, sahibkarlığın inkişafı, qaçqınlar və məcburi köçkünlər, kənd təsərrüfatı, ekologiya və təbii sərvətlər məsələləri və sair mövzularda müraciət ediblər.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın