Ana səhifə / Media / Sumqayıtda zəhərlənən uşaqların görüntüləri yayıldı – VİDEO

Sumqayıtda zəhərlənən uşaqların görüntüləri yayıldı – VİDEO

Sumqayıtda uşaqlar arasında kütləvi zəhərlənmə baş verib.

Son 3 gündə şəhərin Hacı Zeynalabdin Tağıyev, Novxanı kəndi, Saray və Ceyranbatan qəsəbəsində yaşayan 2-7 yaş aralığında olan 119 uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Valideynlər zəhərlənməyə səbəb kimi suyu göstərirlər.

Əkbər İsmayılova (valideyn): “Su içən yerdə əhvalı pis oldu. Qızdırması qalxdı, ürəyi bulandı. Sistem köçürdülər, evə apardım, sonra əhvalı pisləşdi gətirdim”.

Altay Əsgərov (valideyn): “99 faiz uşaqlarda eyni xəstəlikdir. Qusma, qarıngetmə, yüksək hərarəti var. Hamısı sudandır, zəhərləniblər”.

Uşaqların bir qisminə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Hazırda 40-a yaxın uşaq zəhərlənmə diaqnozu ilə tibb ocağında müalicə olunur.

İqbal Mövsümov (zərərçəkən): “Uşaqlarla oynadım, sonra tərləyib su içdim. Sonra qaytardım, pis oldum”.

Nəzrin Nəzərova (zərərçəkən): “Su içdim, qaytardım. Sonra pis oldum, boğazım ağrıdı”.

Səhiyyə Nazirliyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları da xəstəxanada olublar. Uşaqlardan analizlər götürülərək laboratoriyaya göndərilib. Kütləvi zəhərlənmənin səbəbləri laboratoriyanın verdiyi rəydən sonra məlum olacaq. (ARB TV)

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın