Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Sumqayıtda başını it çeynəyən uşaq dünyasını dəyişib – VİDEO

Sumqayıtda başını it çeynəyən uşaq dünyasını dəyişib – VİDEO

Sumqayıtda ötən ayın 31-də 10-cu mikrorayon ərazisində quduz itin dişlədiyi 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızı vəfat edib. 

Hadisə mikrorayonun 40-ci binasının qarşısında olan uşaq meydançasında baş verib. Zeynəb meydançada turnikdən sallanarkən it onu tutaraq aşağı yıxıb və baş nahiyəsindən dişləyib. Uşağı itin əlindən xilas edən Asif Kərimov hadisəni belə xatırlayır.

Asif Kərimov (hadisə şahidi): “İt onun belindən tutub yerə yıxdı. Sonra başından çeynəməyə başladı. Tutub qolundan apardım, təcili yardım dedi ki, bizlik deyil”.

Sumqayıt şəhər Səhiyyə şöbəsindən telekanalın suallarına cavab verən olmasa da, Təcili Tibbi Yardım Xəstəxanasından bildiriblər ki, iyulun 31-də xəstəxanaya daxil olan Zeynəb Mikayılzadəyə lazımi tibbi yardım göstərilib. Lakin bütün səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Burada 5 yaşlı uşağa daha bir vaksin vurulub. Amma bu da onun həyatda qalmasına kifayət etməyib. Zeynəbin dünyasını dəyişməsinə səbəb kimi onun immunitetinin aşağı olması və kəskin hemoqlobinin azlığı göstərilir.

Sumqayıtda son 40 gündə 199 nəfəri it dişləyib. Təkcə iyul ayında 133, avqustun 17 günü ərzində isə 66 sakin it dişləməsi ilə bağlı həkimə müraciət edib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın