Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Sumqayıt və Binəqədi icra hakimiyyətləri sahilboyu ərazilərin zəbtini qanuniləşdirib

Sumqayıt və Binəqədi icra hakimiyyətləri sahilboyu ərazilərin zəbtini qanuniləşdirib

Bu ilin yanvarında Prezident İlham Əliyev “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2015-ci il 18 dekabr tarixli qanunun tətbiqi və “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” qanunun tətbiq edilməsi barədə” 2000-ci il 29 avqust tarixli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. Dəyişikliklərə əsasən, Xəzər dənizinin Azərbaycana məxsus olan bölməsində sahilboyu 20-50 metr zolağın altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib.

Həmin torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına, müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə hasara alma, digər üsullarla bağlanması zamanı tikinti konstruksiyalarının dənizin və onun sahilində su ilə qurunun təmas xətinin görünməsinin və ya dəniz sahilində gediş-gəlişin məhdudlaşdırılması və yaxud 100 metrdən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədilə eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçidin təmin olunmaması məqsədilə fiziki şəxsləri 4 min manat, vəzifəli şəxsləri 8 min manat, hüquqi şəxsləri 40 min manat miqdarında cərimə gözləyir.

Bu cərimələr dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dənizin sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə də tətbiq olunacaq. Sadalanan xətalar təkrar törədildikdə, fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat cərimə ediləcək. Yaxın vaxtlarda layihənin təsdiqlənəcəyi gözlənilir.

Qeyd edək ki, hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəyə və ya icarəyə verilən Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması və ya dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 15 manatdan 25 manatadək, vəzifəli şəxslər 30 manatdan 50 manatadək, hüquqi şəxslər isə 100 manatdan 150 manatadək miqdarda cərimə edilib. Bu xətaların il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 25-35 manat, vəzifəli şəxslər 60-80 manat, hüquqi şəxslər isə 150-250 manat cərimə edilib (oxu.az).

Bir çox vətəndaşlar gözləyirdi ki, bu sərəncamın imzalanmasından sonra, dəniz sahilində qanunsuz tikilən villalar söküləcək, onların sahibləri isə cərimələnəcəklər. Lakin bu, baş vermədi. Qanunsuz villalar hələ də yerində qalmaqdadır. Türkan və Corat Bələdiyyələrinin rəhbərlərinin bildirdiyinə görə, Xəzər dənizinin sahillərini zəbt edənlərdən hələ heç kim cərimə olunmayıb (haqqin.az).05e8cAlimammad_Nuriyev_291212

Niyə məmurlar Prezidentin sərəncamını görməzdən gəlir? “Xəzər sahillərinin zəbt edilməsi mübahisə olunmayası faktdır”, – bunu “Konstitusiya” Fondunun rəhbəri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, cərimələrin tətbiqi üçün Xəzəryanı ərazilərin əsl sahibləri – yerli icra hakimiyyəti oqranları müvafiq təşkilatlara müraciət etməlidirlər. “Xəzəryanı əraziləri zəbt edənləri cərimələmək mümkün deyil”, – deyə Novxanı Bələdiyyəsinin üzvü Fəxrəddin Əliyev Kavkaznews.az-a bildirib.

“Niyə?” sualına F.Əliyev belə cavab verdi: “Bugün Novxanı qəsəbəsindəki sahilboyu ərazilər Sumqayıt ŞİH-lə Binəqədi RİH arasında bölüşdürülüb. Zəbt olunan ərazilərdə villa tikən adamlar Sumqayıt və Binəqədi icra hakimiyyətlərindən burdakı tikililərə mülkiyyət hüququnu təsdiqləyən sənədlər alıblar”.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın