Ana səhifə / Media / Sumqayıt sakinləri toyuq sexlərindən şikayətçidir – VİDEO

Sumqayıt sakinləri toyuq sexlərindən şikayətçidir – VİDEO

Sumqayıtda çirkab suları açıq şəkildə əraziyə axıdılır. Üfunət iyindən isə yaxınlıqda yaşayanlar narahat olur.

Şəhərin 76-cı məhəlləsində fəaliyyət göstərən toyuq sexi bu ərazidə yaşıyanların narazılığına səbəb olub. Sakinlər ərazidəki pis qoxudan və natəmizlikdən şikayətlənirlər. Onlar deyir ki, Maksud Əlizadəyə məxsus quş sexindən toyuq kəsimi zamanı qanla dolu çırkab su evlərə yaxın axdıgından iydən mənzillərdə oturmaq olmur.

Sahibkar Maksud Əlizadə isə bildirir ki, orada tək onun sexi yox, başqa müəssisələr də fəaliyyət göstərir. Məsələ köklü şəkildə öz həllini tapmalıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 Saylı ərazi Ekologiya şöbəsindən bildirilib ki, sakinlərin narazılığı araşdırılıb və yaxın günlərdə buna hüquqi qiymət veriləcək.

Həmçinin oxuyun

“Başqa səbəblərə görə həbs olunsaydım mənə təsir etməzdi” – Murad Köhnəqala

“Tovuz Rayon Məhkəməsi tərəfindən mənə kəsilən 12 min 350 manat alimentin iki mini ödənildikdən sonra …

Bir cavab yazın