Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / Süleyman Bəşirovun biznesi

Süleyman Bəşirovun biznesi

Artıq bir neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda İmişli rayon Mədəniyyət və Turizm şöbəsinin işində müşahidə olunan ciddi nöqsanlardan bəhs olunur. Bildirilir ki, bu nöqsanlar şöbənin müdiri Süleyman Bəşirovun yol verdiyi müxtəlif qanun pozuntuları ilə müşayiət olunur. Xatırladaq ki, hazırda İmişli rayon Mədəniyyət və Turizm şöbəsi xətti ilə rayonda 1 mədəniyyət sarayı, 7 mədəniyyət evi, 1 şəhər və 26 kənd klubu, mərkəzləşdirilmiş kitabxana sistemi, 63 kənd kitabxana filialları, rayon Tarix-diyarşünaslıq muzeyi, Heydər Əliyev muzeyi, Dövlət rəsm qalereyası, Uşaq musiqi məktəbi, Uşaq incəsənət məktəbi, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı rayon əhalisinə mədəni xidmət göstərir. Rayon mədəniyyət sarayı da bir müddət əvvəl müasir üslubda əsaslı təmir edilərək sakinlərin istifadəsinə verilmişdir.

Süleyman Bəşirov həm də kənd klublarından özünə biznes qurub. Belə ki, kənd klubları çayxana kimi fəaliyyət göstərir.

Elə bu gün günün birinci yarısında da əməkdaşlarımız İmişli rayon icra hakimiyyətinin binasında da belə mənzərələrdən biri ilə rastlaşıblar. Belə Ki, Süleyman Bəşirov işçilərin maaşlarının aylarla gecikdirdiyi üçün başçıya şikayətə gəliblər.

Aidiyyatı orqanlardan bu məsələ ilə bağlı maraqlanmalarını xahiş edirlər.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın