Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Sükan arxasında sifariş qəbul edən taksi sürücüləri cərimələnəcək – Video

Sükan arxasında sifariş qəbul edən taksi sürücüləri cərimələnəcək – Video

Gecə saatlarında sərnişin daşınması qadağan olsa da, yollarda hələ də təhlükəyə göz yuman sürücülərə rast gəlmək mümkündür.

Hələ bu azmış kimi avtobus sürücüləri arasında yol polisinin “saxla” işarəsinə tabe olmayanlar da var…

Baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısını almaq, eləcə də qanunsuz sərnişin daşıma hallarına son qoymaq məqsədi ilə Baş Dövlət Yol Polis idarəsinin əməkdaşları və Dövlət Avtomobil Nəqliyyat Xidmətinin müffətişləri Goranboyda reyd keçirib. Yoxlamalar zamanı bəzi avtobus sürücüləri özlərini və sərnişinlərin həyatını təhlükəyə ataraq aradan çıxmağa çalışıblar.

Gecə saatlarında keçirilən reyd zamanı iri tutumlu avtobusla Bakı istiqamətinə sərnişin daşıyan, nəqliyyat vasitəsinin texniki sazlığına nəzər yetirməyən, hətta sükan arxasında sənədsiz əyləşən sürücülər də aşkarlanıb. Yol verilən qayda pozuntularına görə sürücülər cərimələnib.

Reyd zamanı gecə yola çıxan sürücülərə avtobusları təhlükəsiz bir yerdə saxlayaraq saat 24:00-dan səhər saat 05:00-dək istirahət etmələri tövsiyə edilib.

Birgə reydlər qarşıdakı günlərdə də davam edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın