Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Sübhan Ədilovun özbaşınalıqları şirvanlıları ayağa qaldırıb

Sübhan Ədilovun özbaşınalıqları şirvanlıları ayağa qaldırıb

Pasport Qeydiyyatı Şöbəsində yaşanan şok hadisələr sakinləri narahat edir

Bir çox bölgələrdə iqtisadi islahatların uğursuzluğu, insanların vətəndaşlıq hüquqlarına hörmət qoyulmaması bir çox yerlərdə əhalinin kütləvi narazılıqlarına səbəb olur. Ədaləti tərənnüm edən bir çox ədalətsiz məmurların üzərlərinə düşən vəzifələri yerinə yetirməməsi ucbatından bölgələrdə vətəndaş narazılıqları baş alıb gedir. Şirvan şəhər Pasport Qeydiyyatı Şöbəsində qəribə hadisələr yaşanır. Şöbənin müdiri Sübhan Ədilov vəzifə səlahiyyətlərini aşaraq vətəndaşları narahat etməklə məşğuldur. Vətəndaşların pasportla təmin olunmalarını əks etdirən ölkə qanunvericiliyində nəzərdə tutulmuş müvafiq qaydalara məhəl qoymayan Sübhan Ədilov Şirvanı xoşagəlməzliklər beşiyinə çevirib. Şübhan Ədilovun rəhbərlik etdiyi pasportstol şöbəsində yaranmış problemlərin həlli istiqamətində çalışmaması onun yerində olmamasını göstərir. Məhz bütün bunların nəticəsidir ki, Sübhan Ədilov tərəfindən incidilmiş vətəndaşlar haqlarını tələb edirlər. Demokratiya və insan haqları anlamına müdaxilə edən Sübhan Ədilov şəhəri tamamilə öz əlinə alaraq mövcud dövlətin prinsiplərinə hörmətsizlik nümayiş etdirir. Pasportlar haqqında Azərbaycan Respublikasının Qanunu, İnsan hüquqlarının ümumi bəyannaməsinə və Azərbaycan Respublikasının müvafiq beynəlxalq müqavilələrinə uyğun olaraq bu Qanunla Azərbaycan Respublikası vətəndaşının Azərbaycan Respublikasından getmək və Azərbaycan Respublikasına gəlmək hüququna təminat verilir və bu hüquqdan azad şəkildə istifadə etmək üçün hər bir müstəqil dövlətin rəmzi olan xüsusi sənədin – Azərbaycan Respublikası vətəndaşının pasportunun tətbiqi nəzərdə tutulur. Ümumvətəndaş pasportunun verilməsi haqqında ərizəyə dövlət rüsumunun ödənilməsi barədə qəbz, fotoşəkillər, 18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı, bu Qanunun 9-cu maddəsinin birinci hissəsində nəzərdə tutulan, ərizəyə təcili baxılmasını şərtləndirən hallar olduqda isə həmin halları təsdiqləyən sənədlər əlavə edilməlidir. Lakin sadalanan qanuni sübutlardan tamamilə kənar fəaliyyət göstərən Sübhan Ədilov azyaşlı körpələrin müalicə olunması məqsədi ilə onların ölkədən çıxışına konkret maneələr yaradaraq sənədlərini bilərəkdən ləngidir. Ləngimənin kökündə maddi-marağın olduğunu anlayan valideynlər isə, azyaşlı övladının müalicəsi ilə əlaqədar xaricə getmənin vacibliyini dərk edərək Sübhan Ədilovun istəyini “reallaşdırmaq” məcburiyyəti qarşısında qalır. Asan xidmətdə azyaşlının xaricə getməsi üçün lazım olan hər hansı bir sənədin təxminən bir saata başa gəldiyi halda, Şirvan pasport stolunda bu proses normativ olaraq bir həftəyə verilir, nəticədə təcili olaraq xaricə müalicə almağa gedəsi olan körpələr Sübhan Ədilovun prinsipləri ucbatından həyatla vidalaşmalı olurlar. Bütün sadalananlardan əlavə Şirvan şəhər pasportstol şöbəsinin rəisi Sübhan Ədilov şəxsiyyət vəsiqəsi almaq istəyən şəhər sakinlərini get-gələ salır, vətəndaşın hüquqi rəsmi sənədi sayılan şəxsiyyət vəsiqələri real sahibinə deyil, digərinə verilir. Bütün baş verənlərdən cana yığılan şəhər sakinləri çaşqınlıq içərisindədir. Şəxsiyyət vəsiqələrinin alınması yönündə dövlət tərəfindən təyin olunan müddətə etinasızlıq nümayiş etdirilir, vətəndaşları bilərəkdən işindən – gücündən yayındıraraq günlərlə get – gələ salırlar. Sıravi vətəndaşa qarşı süni əngəllər yaradılır, çünki ölkə qanunları, Şirvan pasport stol şöbəsində yad bir predmet sayılır. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Azərbaycan Respublikasının Qanununda göstərilir: “16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır. 16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqəsi verilməsi üçün dövlət rüsumunun məbləği qanunla müəyyən edilərək 16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə:- üç iş günü müddətinə verildikdə və ya dəyişdirildikdə – 10 manat, üç iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə isə – 1 manat təşkil edir. Dövlətin tətbiq etdiyi qanun, bu sahədə qanuiləşmiş pasportverilmə qaydalarını qabarıq şəkildə əks etdirərək sözügedən pasport sistemindəki ödəmələr barədə ətraflı məlumat verir. Lakin Sübhan Ədilov müvafiq tətbiqolmanı ayaqlayıb keçərək özü tərəfindən tətbiq olunan rüsumlarla işləyir. Belə ki, şəxsiyyət vəsiqəsinin alınması vətəndaşa 30-40 manata başa gəlir. Bütün bunlar təbii ki, Şirvan şəhər polis İdarəsinin gözü qarşısında baş verir. Sübhan Ədilovun qanunsuz fəaliyyəti sadalananlarla bitmir.

Belə ki, baş verənlərdən cana yığılan vətəndaş DİN-nin qaynar xəttinə müraciət edəcəyini bildirdikdə, Sübhan Ədilov onlara belə bir sərt cavab verir: “Get nağarırsan elə, mənəm bu şəhərdə qanun da, qayda da”! Belə olan halda Sübhan Ədilovun hansı qanunlardan qaynaqlandığı bəlli olur. Son vaxtlar bölgələrin infrastrukturlarında mühüm yerləri tutan məmurlara qarşı cəmiyyətdə narazılıqlar müşahidə olunur və bu proses, yüksələn xətlə davam edir.Vətəndaşların qarşılaşdıqları bir çox məsələlər, onların vətəndaş hüquqlarının pozulması ilə əlaqədar olaraq sonda sosial partlayışlarla nəticələnir. Bu tipli problemlər o qədər şişib ki, artıq. Sosial problem müstəvisindən çıxmağa doğru istiqamət götürüb.

gundelikbaku.com

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın