Cümə , Aprel 19 2024
Ana səhifə / Media / “Su deyil, yağdır, içərisi də zir-zibil” – VİDEO

“Su deyil, yağdır, içərisi də zir-zibil” – VİDEO

Suyun təmizliyini sübut etmək üçün kamera qarşısında su içdi.
Oğuzun Xalxal kəndinin sakinləri təmiz su üzünə həsrət qalıblar.
Sakinlər iddia edir ki, 4 il öncə ərazidə qurulan balıqçılıq təsərrüfatı içməli su qaynaqlarının mənbəyində yaradıldığından əhali çirkli sudan istifadə etmək məcburiyyətində qalıb.  
İzzət Şəmiyev – kənd sakini: “Su deyil, yağdır. Milyon dənə də balıq var. Hələ suda ayaqlarını yuyanları demirəm”.
Eyvaz Tahirov – kənd sakini: “Bulanıqdır, su əvəzinə zir-zibil gəlir. Balıqların yemini, zir-zibilini tökürlər. Həftədə bir dəfə də təmizləyirlər”.
Balıqların saxlanılması üçün istifadə edilən su içməli su əvəzinə evlərə verilir. Nəticədə sakinlər gigiyenik cəhətdən heç də standartalara uyğun olmayan sudan istifadə etmək məcburiyyətində qalırlar.
 
Eyvaz Tahirov – kənd sakini: “Suyun içərisində nə qədər zir-zibil var. Gərək necəsə süzüb istifadə edək”.
 
İzzət Şəmiyev – kənd sakini: “Krant çəkmişik, tez-tez tuulur. Gərək içinə məftil soxub açasan. Qalın ərp bağlayır. Bilmirik ki, nədir. İmkanlı olanlar gedib bulaqdan su gətirir, bizim kimi kasıb da qalır susuz”.
Bəzi sakinlər suya olan tələbatlarını xüsusi su maşınları ilə ödəməyə çalışırlar. Ancaq bu da 1000-dən çox sakini olan kəndin yalnız bir qismi üçün keçərlidir.
Təsərrüfat sahibləri isə məsələni başqa cür izah edirlər.
 
Elnur Ağarəhimov – təsərrüfatçı: “Bir giriş var, bir də kəndə gedən çıxış. Suyun təmizliyini göstərmək üçün mən sizin qarşınızda bu sduan içirəm”.
Ancaq suyun gigiyenik baxımdan zərəli olduğu öz təsdiqini tapıb.
Rasim Kərimov – Oğuz GEM-in direktoru: “Vahid qərar qəbul etmişik ki, bu içməli su mənbəyi deyil”.
Görünən odur ki, yaxın vaxtlarda təcili tədbirlərin görülməsinə ehtiyac var. Əks halda bu çirkli sudan içə-içə kənd sakinləri hansısa xəstəliyə yoluxacaq.
Akif Hümmətli – Oğuz Rayon Su-Kanal İdarəsinin rəis əvəzi: “Həm “Azərsu” tərəfindən, həm də qeyri-hökümət təşkilatları tərəfindən həmin kəndə içməli su çəkilişi ilə bağlı işlər gedir. Yəqin ki, yaxın zamanda Xalxal kəndinin içməli su problemi öz həllini tapacaq”. (Region TV)

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın