Ana səhifə / Media / “Ştutqart” mağazalar şəbəkəsi vətəndaşları aldadır – İDDİA

“Ştutqart” mağazalar şəbəkəsi vətəndaşları aldadır – İDDİA

Maliyyə böhranının hökm sürdüyü bir ərəfədə bəz işbazlar da vətəndaşları aldatmaqla məşğuldur. Hökumət ciddi-cəhdlə vətəndaşların sosial vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlər gördüyü halda bu işbazlar əhali arasında narazılıq yaradır. Bu faktiki olaraq təxribatdır. Konkret faktlara gəlincə, bu sırada Bakıda fəaliyyət göstərən “Ştutqart” mağazalar şəbəkəsini göstərmək olar. Binəqədi sakini Emin Abıyev cia.az-a müraciətində deyir ki, bu mağazalar şəbəkəsi vətəndaşları aldadaraq keyfiyyətsiz məhsullar satır: “Avtomobilim üçün bu şəbəkənin Azərbaycan Nəşriyyatı ilə üzbəüz yaşayış binasının aıtında fəaliyyət göstərən mağazasından detal aldım. Mağazada həmin detalın orijinal olduğunu bildirsələr də, bir neçə gün sonra məlum oldu ki, keyfiyyətsizdir”.

 

sht
Emin Abıyev aldığı məhsulun keyfiyyətsiz olduğunu biləndən sonra “Ştutqart” mağazasına gedib. İradlarını mağazanın satış şöbəsinin Hikmət adlı müdirinə və Elmir adlı satıcıya bildirib. Vətəndaş düşünüb ki, ondan üzr istəyərək bu xoşagəlməz olayı yoluna qoyacaqlar: “Lakin bunun əksi baş verdi. Mənə dedilər ki, bu detal “kitayski”dir. Nahaq almısan. Dedim axı məhsulun “kitayski” olduğu barədə mənə məlumat verilməyib. Əksinə deyilib ki, orijinaldı. Onlar isə dedilər ki, ümumiyyətlə, əcəb etmişik. Kimə istəyirsən şikayət et. Mənə bildirdilər ki, güclü himayədarları var”.
Göründüyü kimi vətəndaşları aldadan mağazanın güclü himayədarları var. Görünür bu şəxslərin Prezindet İlham Əliyevin keçirdiyi müşavirələrdə etdiyi çıxışlardan xəbərləri yoxdur. Prezident dəfələrlə bəyan edib ki, məmurlar da, sahibkarlar da vətəndaşları narazı salmamlıdır. Onlara layiqincə xidmət göstərməlidir. Prezidentin çıxışlarında vətəndaşların hüquqlarının qorunması həmişə prioritet təşkil. Lakin bu adamlar ya görünür bu çıxışları izləməyib, ya da sadəcə himayədarlarına güvənərək belə addımlar atırlar.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın