Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Stadiondakı bərbad duruma görə ittiham olunan nazir oğlu ilə bağlı- Açıqlama

Stadiondakı bərbad duruma görə ittiham olunan nazir oğlu ilə bağlı- Açıqlama

Bir neçə gündür ki,Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün bərbad vəziyyətdə olması ilə bağlı yerli mediada məlumatlar dərc olunur.

Qafqazinfo” xəbər verir ki, stadionun ot örtüyünün vaxtında təhvil verilməməsində Gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov da ittiham olunur. Komanda.az saytında yer alan məlumatda qeyd olunurdu ki, arenanın ot örtüyünün durumuna “Football & Sports Management” (FSM) şirkəti cavabdehdir. Şirkətin sahibi Fərman Əlizadə olsa da, FSM-in Gənclər və İdman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun himayəsində olduğu bildirilir.

Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün FSM şirkətinin rəhbəri Fərman Əlizadə ilə əlaqə saxlayıb. O, şirkətin nazir oğlunun himayəsində olması ilə bağlı təkzib edib: “Bu çox gülməli məlumatdır. Çünki FSM şirkəti 2012-ci ildə futbol üzrə 17 yaşlı qadınlar arasında Bakıda keçirilən dünya çempionatına görə yaradılıb. Bizim təsisçilərimiz İngiltərədəndir və baş ofisimiz də Londonda yerləşir. Tofiq Bərahmov adına Respublika stadionuna da müqavilə əsasında baxırıq. Şirkətin Gənclər və İdman Naziri Azad Rəhimovun oğlu Arif Rəhimova məxsus olması yanlış inofrmasiyadır”.

Qeyd edək ki, “Qarabağ”-“Seltik” qarşılaşması bu axşam elə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın