Çərşənbə axşamı , Avqust 9 2022
Ana səhifə / Media / “Sputnik-Azərbaycan”ın redaktorları istefa verdi

“Sputnik-Azərbaycan”ın redaktorları istefa verdi

“Sputnik-Azərbaycan”ın rus dili versiyasının buraxılış redaktorları “Qisas” əməliyyatı zamanı Azərbaycanın atəşkəsi pozduğunu iddia edən Rusiya Müdafiə Nazirliyinin məlumatını verməkdən imtina edərək dünən tam tərkibdə istefa veriblər.

4 redaktor bu barədə sosial şəbəkədə məlumat yayıb.

Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Elena Starostina, Gülzar Mustafayeva facebook paylaşımlarında Azərbaycan vətəndaşları olaraq “Sputnik”də Azərbaycanın maraqlarını bacardıqca qoruduqlarını, buna gücləri çatmadıqda isə istefa verəmək məcburiyyətində qaldıqlarını yazıblar.\\Qaynarinfo 

Həmçinin oxuyun

Baş redaktor Prezidentə müraciət etdi: “Ailəmin ölkəyə qayıtmasına kömək edin!”

Cənab Prezident! Sizə bu müraciəti etməyə məcbur oldum. Çünki başqa yol tapa bilmədim. Bütün imkanlardan …