Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Spirtli içkilər 70 faiz bahalaşdı-BAKIDA

Spirtli içkilər 70 faiz bahalaşdı-BAKIDA

İnhisarçı «Avropa» firması manatın ucuzlaşmasından istifadə edərək, daxili bazarda istədiyi qiyməti qoyur

Azərbaycanda manatın dəyərdən düşməsinin ardından bəzi iş adamları əllərinə düşmüş fürsəti dəyərləndirməyə başlayıb. Azinforum.az  sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən xəbər verir ki, fevralın 21-dən sonra Azərbaycana gətirilən spirtli içkilərin qiyməti 40-70 faiz bahalaşıb.

Həmin məlumatda vurğulanır ki, qiymətləri bu şəkildə qaldıran şirkət isə «Avropa» adlı firmadır. Qeyd edilir ki, xaricdən gətirilən spirtli içkilər bazarının inhisarçısı olan «Avropa» son dönəmlər daha çox pul qazanmaq üçün yaranmış vəziyyətdən istifadə etməyə başlayıb. Viski, tekila, cin, rom, konyak, çaxır və bir çox rus araqlarının idxal monopoliyası onların əlindədir. Bundan başqa, bir çox ərzaq məhsullarının idxal monopoliyası da onlardadır.

Vurulanır ki, hazırda 1 litrlik Chivas Regal (12 illik) viskinin qiyməti 43 manata qaldırılb. Halbuki devalvasiyadan əvvəl bu rəqəm 26 manat təşkil edirmiş. Bazarı yaxşı tanıyan şəxslərdən biri deyir ki, qeyd olunan mallar heç də təmiz deyil. Onun sözlərinə görə, bu içkiləri haradansa alıb gətirirlər. «Aşağı keyfiyyətlidir və buna görə də ucuz maldır. 10 dollara alıb, burda 43 manata satırlar».

Mənbə qeyd edir ki, son günlərdə qiyməti bu cür ifrat qaldırmalarının əsas səbəbi isə hökumətin verdiyi təlimatdır. «Hökumət ərzaq məhsulunun qiymətini çox qaldırmağı yasaqlayıb. Əvəzində təklif olunub ki, spirtli içkiləri nə qədər lazımdısa qaldırsınlar ki, zərərlərini kompensasiya edə bilsinlər».

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın