Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Space TV-nin döyüldüyü iddia edilən əməkdaşı danışdı: “Hər şey qaydasındadır”

Space TV-nin döyüldüyü iddia edilən əməkdaşı danışdı: “Hər şey qaydasındadır”

Space Tv-nin “Olar? Olmaz!” verilişinin bu dəfə ki buraxılışı dönər ətləri ilə bağlı olub.

Minval.İnfo xəbər verir ki, yayılan məlumatlara görə, aparıcı Amil Xəlil dönər satılan məntəqələrə üz tutaraq ətin haradan gətirildiyini və həmin əraziyə yollanmaq istədiyini bildirib. Çəkiliş vaxtı sahibkarlardan biri aparıcıya qarşı zor tətbiq edərək çəkilişə maneçilik törədib.

Məsələni dəqiqləşdirmək üçün aparıcı əlaqə saxladıq. Amil Xəlil bildirdi ki, hər şey qaydasındadır:

“Hər şey qaydasındadır. Heç bir problem yoxdur. Çəkiliş vaxtı kiçik anlaşılmazlıq oldu. Sonradan barışdıq. Şükür salamatçılıqdır. Hətta bu gün bir yerdə olduq. Bəzən kiçik anlaşılmazlıq olur. Və bucür məsələlər sosial şəbəkədə şişirdilir. Var olun. Hər şey əladır”.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …