Şənbə , May 21 2022
Ana səhifə / Media / “Space” TV məhkəmədə uduzdu – DETALLAR

“Space” TV məhkəmədə uduzdu – DETALLAR

“Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC məhkəməyə verilib.

Əhmədov Rəhman Məhəddin oğlu bu barədə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Belə ki, o, tapşırıq müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb. R.Əhmədov ümumilikdə 4322 manat məbləğində pulun “Space” TV-dən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş edib.

İddia ərizəsi onunla əsaslandırılıb ki, R.Əhmədov MMC ilə 01.08.2020-ci il, 01.11.2020-ci il, 01.02.2021-ci il tarixli tapşırıq müqavilələri bağlayıb. Həmin tapşırıq müqavilələrinə əsasən, iddiaçı müvafiq xidmətləri “Space Müstəqil Televiziya və Radio Şirkəti”nə göstərməyi, cavabdeh isə həmin xidmətlərin əvəzində onun dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürüb.

İddiaçı cavabdehə müqavilələrə əsasən, 6300 manat dəyərində xidmətlər  müqavilə üzrə öhdəliyini tam şəkildə yerinə yetirib.

Lakin şirkət razılaşdırılmış məbləğin 2100 manatını ödəyib, yerdə qalan 4200 manatı indiyə qədər ödəməyib. İddiaçı borcun ödənilməsi üçün cavabdehə xəbərdarlıq məktubu da göndərib. “Space” TV-dən pulun alınması bundan sonra da mümkün olmayıb.

İddia hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılıb. “Space Müstəqil Televiziya və Radio Şirkəti”nə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iclasa gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməyib. Məhkəmə iddianı qismən təmin edib. Qətnaməyə əsasən, 4 200 manat məbləğində pul, mediasiya xərci olaraq 60 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2 manat pul “Space” TV-dən tutularaq iddiaçı ödənilsin.

Həmçinin oxuyun

Qadir İbrahimli barədə ÜZÜCÜ XƏBƏR

Tanınmış jurnalist, iqtisadçı Qadir İbtahimlinin vəziyyəti getdikcə ağırlaşır.Bakupost.az -ın məlumatıma görə, həkimlər ümidsiz olduqlarını bildiriblər.Hazırda süni …