Cümə , Aprel 19 2024
Ana səhifə / Media / “Space” TV-də daha bir veriliş bağlandı – Televiziyada nə baş verir?

“Space” TV-də daha bir veriliş bağlandı – Televiziyada nə baş verir?

“Space” TV-nin efirində yayımlanan Nurlan Rafiqoğlunun aparıcısı olduğu “Operativ Hissə” verilişi də fəaliyyətini dayandırıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu qərarı televiziyanın direktoru vəzifəsini icra edən Kamil Şahverdiyev qəbul edib.

Direktor aparıcıdan öz “istəyi” ilə ərizə yazmasını xahiş edib.

Bir müddət öncə də, Füruzə Cəlilovanın aparıcısı olduğu “Günaydın Azərbaycan”, Mikayıl Güləddinoğlunun aparıcısı olduğu “Sevimli Şou” və Mətanət Əliverdiyevanın aparıcısı olduğu “Hər Səhər Mətanətlə” verilişləri bağlanıb. M.Güləddinoğlu fəaliyyətini ARB telekanalında davam etdirir.

“Space”də verilişlərin bağlanmasından sonra prodüser, montajçı və müxbirlər ixtisara düşüb. İxtisarların davam edəcəyi bildirilir. Bu addım pandemiya dövründə atıldığı üçün narazılıq yaradıb.

Qeyd: Kinorejissor Vaqif Mustafayev bir müddət əvvəl televiziyanın rəhbəri vəzifəsindən azad edilib.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …