Çərşənbə axşamı , Aprel 23 2019
Ana səhifə / Media / “Space” Rəsul Rzanın sözlərini əxlaqsız formada təhrif edib efirə verdi

“Space” Rəsul Rzanın sözlərini əxlaqsız formada təhrif edib efirə verdi

Xəbər verdiyimiz kimi, “Space” telekanalı Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən cərimələnib. Məsələyə məhkəmədə baxılacaq və ola bilin ki, telekanal 5-8 min manat cərimə ilə “yaxasını qurtaracaq”.

Cəriməyə “Space”in səhər efirində yayımlanan “Hər Səhər” verilişində müğənnilər Rüfət Axundov və Rəşad İlyasovun ifa etdikləri “İnsaf da yaxşı şeydir” mahnısının (musiqisi Emin Sabitoğlunun, sözləri Rəsul Rzanındır) efirə söyüşlə verilməsi səbəb olub.

Şuranın Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşovun sözlərinə görə, həmin verilişdə efirə getmiş ədəbsiz söz və ifadələr aparılan monitorinqlər zamanı aşkar edilib: “5 aprel 2019-cu il tarixdə kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edilib, qəbul edilib. İş məhkəməyə göndərilib”.

“Qafqazinfo” yazır ki, Rüfət Axundov fonoqramla mahnı ifa edərkən səs rejissoru mikrofonları bağlamağı unudub. Rüfətlə birlikdə Rəşad İlyasov da mikrofonun bağlı olduğunu zənn edərək, mahnının sözlərində biabırçı ifadələr işlədiblər. (Videoya bu keçidlə tamaşa edə bilərsiniz. Qeyd edək ki, videoya 18 yaşına çatmamış şəxslərin baxması məsləhət görülmür).

R.Axundov isə açıqlama yayaraq görüntünün montaj olduğunu bildirib:

“Kimsə düşmənçiliklə və ya zarafatla edibsə, yaxşı da alınmayıb. Məni tanıyanlar tanıyır ki, heç bir qalmaqalda yoxam. Bunun arxasınca getmək fikrim də yoxdur. Mənim mahnımı oxumuşam, fonoqram gedib. Kimsə götürüb üstünə söyüş qoyubsa, ayıb olsun”.

Digər xəbərə görə, efir zamanı mikrofonları bağlamağı unudan səs rejissoru, “Space” telekanalının Etibar adlı əməkdaşı işdən qovulub. O, uzun illər bu kanalda çalışıb.

Həmçinin oxuyun

AzTV-dəki Bədii Şura üzvləri hərəkətə keçdi – TV-lərdəki vəziyyətlə bağlı

Bu gün Azərbaycan teleməkanında olan vəziyyət hər birimizi narahat edir və etməlidir.Oxu.Az xəbər verir ki, bunu …