Ana səhifə / Media / “Space”ə yeni rəhbər təyin olundu – VİDEO

“Space”ə yeni rəhbər təyin olundu – VİDEO

“Space” teleradio şirkətinə yeni rəhbər təyin olunub.

Bakupost.az xəbər verir ki, bu vəzifəyə Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov təyinat alıb.

Yeni rəhbərliyi kollektivə MTRŞ-nın sədri İsmət Səttarov təqdim edib.

Qeyd edək ki, M. Hətəmov bu təyinatadək “Azərbaycanfilm” kinostudiyasının direktoru (2011–2019), Kinematoqrafiya şöbəsinin müdir müavini, Azərbaycan Prodüserlər Gildiyasının sədri vəzifələrində işləyib.
Xatırladaq ki, 2006-2021-ci illərdə “Space”in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbər vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırıb. May ayının 5-də isə “Space” teleradio şirkətinə Ülviyyə Mikayılova təyinat alsa da, beş gün sonra o, tutduğu vəzifədən istefa verib.


Həmçinin oxuyun

Şəhid jurnalistlərə şeir yazıldı

Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşərək həlak olan media əməkdaşları – Azərbaycan …