Ana səhifə / Media / “Sovetski”dəki 72 tarixi bina ilə bağlı son QƏRAR

“Sovetski”dəki 72 tarixi bina ilə bağlı son QƏRAR

Keçmiş “Sovetski” məhəlləsində yerləşən və tarixi abidələr siyahısından çıxarılaraq sökülməsinə qərar verən 72 bina sökülməyəcək.
Bu barədə lent.az-a “Sovetski” ərazisində fəaliyyət göstərən İşçi komissiyanın üzvü, memar, Memarlar İttifaqının üzvü Eyvaz Bağırov məlumat verib.
“Son vaxtlar bəzi mətbuat orqanlarında rast gəlinən məlumatlarda qeyd edilənlərin əksinə olaraq, “Sovetski” adlanan ərazidə bütün tarixi abidələr sökülmür.
Yalnız tarix və mədəniyyət baxımdan az əhəmiyyət kəsb etdiyindən əvvəllər yerli əhəmiyyətli abidə kimi müəyyən edilmiş, yalnız ayrı-ayrı elementlərinə görə həmin siyahıya salınmış, hazırda isə qəzalı vəziyyətə düşmüş, bərpası məqsədəuyğun olmayan və sonradan əsaslandırılmadan
 “Siyahı”ya daxil edilmiş 23 abidə Mədəniyyət və Turizm Nazirliyinin təklifi və Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”ndan çıxarılıb.
Qalan 72 abidə müvafiq qanunvericiliyə uyğun olaraq dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrinin siyahısındadır və onların toxunulmazlığı təmin edilib”, – deyə E. Bağırov qeyd edib.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın