Cümə , Sentyabr 20 2019
Ana səhifə / Media / “Şou proqramlara baxmayın“- Deputatdan çağırış

“Şou proqramlara baxmayın“- Deputatdan çağırış

Millət vəkili Qənirə Paşayeva Tovuzun ən böyük kəndlərindən biri olan Dönük Qırıqlıda uşaqlar, gənclər üçün “Oxuyaraq dünyamızı,tariximizi və özümüzü kəşf edək” adlı tədbir keçirib.

Qafqazinfo” xəbər verir ki, bir sıra müəllim və kənd ziyalıları bu cür görüş və tədbirlərin əhəmiyyətinə toxunaraq kitabla bağlı belə görüşlərə böyük ehtiyac olduğunu, uşaqlarla müzakirələrə və onların hər birinə kitab hədiyyələrinə görə millət vəkilinə təşəkkürünü bildiriblər.

Tədbirdə qarşıdan gələn Ramazan bayramı münasibəti uşaqları təbrik edərək onlara uğurlar diləyən, onlarla bir arada olmaqdan məmnun olduğunu dilə gətirən Q. Paşayeva müsəlman dünyasının müqəddəs bir ayında – 11 ayın sultanı Ramazanda uşaqlarla görüşü əhəmiyyətli hesab etdiyini vurğulayıb və onların hər birinə həyatda arzularına çatmalarını diləyib.

O, hər bir uşaqla ayrıca söhbət edib, kitablarını onlara imzalı hədiyyə edib və kitablara, oxumağa, mütailəyə meyilli gəncləri görməkdən,onlarla söhbətdən hər zaman böyük zövq aldığını deyib. Millət vəkili uşaqların yay tətilinə buraxılmasına toxunaraq, onları bu zamanı faydalı istifadə etməyə, daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Uşaqları yay tətili dövrlərində xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili onları zamanlarını mənasız işlərə və ya verilişlərə, teleseriallara, şou proqramlara ayırmamağa çağırıb:

“Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağın meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!”.

Həmçinin oxuyun

Türkiyə kanalı Üzeyir Hacıbəyli haqqında film çəkdi – Video

Bu gün dahi bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi …

Bir cavab yazın