Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Media / “Sosial şəbəkələrlə bağlı qanun layihəsinə lüzum görmürəm” – EKSPERT

“Sosial şəbəkələrlə bağlı qanun layihəsinə lüzum görmürəm” – EKSPERT

Azərbaycanda sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qanun layihəsinin hazırlanmaqdadır. Bu qanun layihəsinin sosial şəbəkədən istifadə ilə bağlı hüquqi nüansları özündə əks etdirəcəyi gözlənilir.
Maraqlıdır, Azərbaycanda belə bir qanun layihəsinin qəbul edilməsinə ehtiyac varmı? Sosial şəbəkələrdən istifadə ilə bağlı qanunvericilikdə hər hansı boşluq mövcuddurmu?
Moderator.az-a açıqlama verən hüquqşünas Ələsgər Məmmədli buna ehtiyac duymadığını bildirdi:
“Hələ ki, ortada qanun layihəsi yoxdur. Ona görə də hazırda layihə ilə bağlı nə isə deyə bilmərik. Lakin bu təşəbbüsün özü anlaşılan deyil. Çünki Azərbaycanda istər ənənəvi, istərsə də yeni media KİV hesab olunur. KİV-in də fəaliyyətini tənzimləyən qanunvericilik mövcuddur. Eyni zamanda, KİV-in məsuliyyətini müəyyən edən normalar da var. Iki il öncə də Cinayət Məclləsinə bilavasitə sosial media vasitəsi ilə yayılan böhtan və təhqirə görə, 148.1-ci maddə də əlavə olunub. Yəni mövcud qanunvericilikdə bununla bağlı hər hansı boşluq mövcud deyil. Mövcud qanunvericilik bu məsələni yetərincə tənzimləyir”.

Həmçinin oxuyun

Almaniyanın məşhur kanalında Gəncəyə hücumla bağlı reportaj yayımlandı

Almaniyanın “Deutsche Welle” telekanalında “Dağlıq Qarabağ münaqişəsi: Gəncədəki matəm və qəzəb” adı ilə reportaj yayımlanıb. …