Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Son iki ildə Baş Prokurorluqda mediada getmiş məlumatlarla bağlı səkkiz cinayət işi başlanıb

Son iki ildə Baş Prokurorluqda mediada getmiş məlumatlarla bağlı səkkiz cinayət işi başlanıb

“2022-ci ildə mediada getmiş məlumatlarla bağlı beş cinayət işi başlamışıq, bəziləri məhkəməyə göndərilib”. 

Bunu REAL TV-yə müsahibəsində Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev deyib.

Onun sözlərinə görə, 2021-ci ildə isə Baş Prokurorluqda mediada getmiş məlumatlarla bağlı üç cinayət işi başlanıb: “Gördüyünüz kimi artım tendensiyası müşahidə olunur. Burada yalnız cinayət işlərindən söhbət gedir. Mediada gedən çoxlu materiallar var ki, onlarla bağlı biz digər təsir tədbir aktları tərtib etmişik. Yəni xəbərdarlıq etmişik, inzibati icraata başlamışıq.

Burada söhbət mətbuat işçilərindən getmir. Yəni onların məlumatı əsasında digər vəzifəli şəxslər barədə müəyyən tədbirlər həyata keçirilib. Hesab edirəm ki, biz bu sahəni inkişaf etdirməliyik və media ilə işguzar əlaqələr qurmalıyıq”.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …