Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / ŞOK: Bakının mərkəzində vaxtı keçmiş dondurma – Artıq 2 uşaq zəhərlənib

ŞOK: Bakının mərkəzində vaxtı keçmiş dondurma – Artıq 2 uşaq zəhərlənib

DİA.AZ: – Redaksiyamıza müraciət edən paytaxt sakinləri Bakının mərkəzi rayonu olan Səbail ərazisində, Bayıl qəsəbəsində yerləşən “Real Market”dəki təhlükəli durumdan şikayət edirlər.

Sakinlərin sözlərinə görə, hazırda da həmin marketdə istifadə müddəti bitmiş dondurma satıılır. DİA.AZ-a danışırlar: “Dondurmanı körpələr yeyir. Onlar isə yararlılıq müddətinə baxmırlar. Artıq təkcə bir məhlədə 2 uşaq zəhərlənib. Etiraz edəndə isə “gedin nə istəyirsiniz edin” deyə reaksiya verirlər. Yəni rəsmən özbaşına qalıblar. İqtisadiyyat Nazirliyi hara baxır ki, bu adamlar belə bir işi kimsədən qorxmadan edirlər”.

Sakinlər bildirir ki, həmin “Real Market”də hətta vaxtı keçməmiş dondurmalar da təhlükəlidir: “Təsəvvür edin, bu market yeganə satış yeridir ki, gecələr soyuducuları söndürürlər. İşığa qənaət etmək üçün”.

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın