Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / SOCAR şefi: “Bütün yaşayış məntəqələrini…”

SOCAR şefi: “Bütün yaşayış məntəqələrini…”

Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, ölkənin yaşayış məntəqələrinin maksimum səviyyədə qazlaşdırılmasını təmin etmək üçün Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən xüsusi proqram həyata keçirilir. Çalışırıq ki, imkan olan bütün yaşayış məntəqələrini qazlaşdıraq. Ölkə üzrə qazlaşdırmanın 90 faizə çatdırılması üçün 125-ə yaxın yaşayış məntəqəsi qalıb. Proqram üzrə işlərin başa çatdırılması üçün bütün zəruri tədbirlər həyata keçirilir.

Moderator.az xəbər verir ki, bu sözləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev Şəki rayonunun İkinci Biləcik kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə jurnalistlərə müsahibəsində deyib.

Novruz günlərində kəndə təbii qazın verilməsini sakinlər üçün əsl bayram hədiyyəsi olduğunu vurğulayan SOCAR-ın prezidenti bildirib ki, yaxın günlərdə Şəkinin daha 3 kəndinə mavi yanacaq veriləcək. Bundan əlavə, 10 kəndə qaz xəttinin çəkilişi davam etdirilir. Gələn ilin əvvəlində Şəki rayonu üzrə qazlaşdırma artıq 85 faiz təşkil edəcək. Bu da dağ rayonu üçün yüksək göstərici hesab olunur.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın