Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / “SOCAR-ın neft platformalarında faciələr təkrarlanacaq”

“SOCAR-ın neft platformalarında faciələr təkrarlanacaq”

Vadim Abdraşitovun “Qatar dayandı” filmində Boris Vasilyevin məharətlə oynadığı qəhrəman – müstəntiq bəyan edir ki, bütün faciələr müəssisə rəhbərlərinin səriştəsizliyi və məsuliyyətsizliyi üzündən baş verir. Avqustun 5-də SOCAR-ın mətbuat xidməti məlumat yayıb ki, “Günəşli” yatağında 10 saylı dərin dəniz özülünün qəzadan sonra yenidən qurulması layihəsi üzrə aparılan tikinti-quraşdırma işlərini başa çatmaq üzrədir.

“Həyata keçirilən təmir-bərpa işləri çərçivəsində indiyədək özüldəki 30 quyunun quyuağzı avadanlıqları təftiş edilib, təhlükəsiz iş şəraiti yaradılıb.
Özüldə yararsız hala düşmüş 2 600 tona yaxın metal-konstruksiya sökülüb, 4 modul bərpa edilib, hər birinin çəkisi 330 ton olan 2 qülləaltı modul hazırlanaraq dənizdəki yerində quraşdırılıb. Həmin modullar üzərində qülləaltı postament və qüllə quraşdırılıb, quyuların təmir-bərpa işlərinə başlanılıb. Özüldə yararsız hala düşmüş 2 ədəd kran, Türkiyə istehsalı olan 2 ədəd yeni kranla (qolunun uzunluğu 18,2 m, yükqaldırma qabilliyəti 32 ton) əvəz olunub. Yararsız hala düşmüş 4 yanalma meydaçasından 2-si yenilənib, 2-si isə təmir edilib. İstismar modulu ilə yaşayış bloku arasında odadavamlı divar səddi çəkilib, yanğınsöndürmə sistemi bərpa edilib, işıqlandırma sistemi yenilənib. 4 ədəd 42 nəfərlik xilasetmə qayığı və 1 ədəd 20 nəfərlik xilasetmə salı hazır vəziyyətə gətirilib, işçilər zəruri fərdi mühafizə vasitələri ilə təmin olunublar. Helikopter meydançası təmir edilərək hazır vəziyyətə gətirilib”, – deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, ötən ilin dekabrın 4-də fırtına zamanı alışmadan baş verən qəza nəticəsində platformada 30 nəfər həlak olub. Axtarışlar zamanı onlardan ancaq 15-nin cəsədi aşkarlanıb.

“Belə hadisənin təkrarlanmaması üçün, dövlət səviyyəsində sistemli iş aparılmalıdır. Rəsmi olaraq səfir Polad Bülbüloğluya göndəritagievlən, amma Bakıda çap olunmayan “İndustriya bezopasnosti” jurnalının son bölməsində mən ətraflı olaraq qeyd etmişdim ki, bu faciənin təkrarlanmaması üçün nələr etmək lazımdır”, – deyə “Qazprom Təhlükəsizlik” MMC-nin baş direktor müavini baş direktor müavini Ramis Tağıyev bildirib. Onun sözlərinə görə, SOCAR-da “sistemli texnogen qəza” anlayışını “təbii fəlakət”lə əvəzləməyə üstünlük veriblər.

“Belə çıxır, günahkar yoxdur, hamı qəhrəmandır, xüsusilə də FHN – hansı ki, onsuz da xilas olan insanları “xilas” edib. Belə yanaşma ilə, artıq gələcək qəzalar üçün də zəmin yaranıb”, – deyə R.Tağıyev qeyd edib.
“Bərpa işləri heç də o demək deyil ki, onda bütün əmək təhlükəsizliyi qaydalarına riayət olunacaq”, – deyə Neftçi Hüquqlarını Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Kavkaznews.az-a bildirib.

M.Qəhrəmanlının fikrincə, bu faciələr başqa platformalarda da davam edə bilər. “Bunun qarşısını almaq üçün, sadəcə əmək qanunvericiliyinə riayət etmək lazımdır. Əmək qanunvericiliyinin icrasına nəzarəti Dövlət Əmək Müfəttişliyi Xidməti, ictimai nəzarəti isə həmkarlar ittifaqları həyata keçirir”, – deyə hüquq müdafiəçisi qeyd edib.
Onun sözlərinə görə, “Azneft” İstehsalat Birliyinin strukturlarında qanunvericiliyin tez-tez pozulması işçilərin ölümünə səbəb olub.
“SOCAR-da vəzifəli şəxslərdən heç kim hələ cəzalandırılmayıb, yaxud tutduğu vəzifədən azad edilməyib. Nə qədər ki, “Günəşli” platformasındakı faciəyə cavabdehlik daşıyanlar cəzalandırılmayıb, bu faciələr təkrarlanacaq”, – deyə Mirvari Qəhrəmanlı vurğulayıb.

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın