Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / SOCAR-ın avtobusu jurnalisti vurub öldürdü

SOCAR-ın avtobusu jurnalisti vurub öldürdü

Şirvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Azinforum.az APA-ya istinadən xəbər verir ki, Şirvan şəhəri Heydər Əliyev prospektində, SOCAR-a məxsus, 90 JS 409 dövlət nömrə nişanlı avtobus yolu keçən Şirvan sakini, 1956-cı il təvəllüdlü Məmmədli Səxavət Musa oğlunu vurub.

Xəstəxanaya çatdırılan S. Məmmədli orada dünyasını dəyişib.

S. Məmmədlinin tanınmış jurnalist olduğu, Şirvanda bölgə müxbiri kimi fəaliyyət göstərdiyi bildirilir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …