Şənbə , Yanvar 23 2021
Ana səhifə / Media / SOCAR da Xoşqədəmə üsyan etdi – Fotofakt

SOCAR da Xoşqədəmə üsyan etdi – Fotofakt

“Qayğı” Reabilitasiya Mərkəzi siyasi fəaliyyətə başlayıb. Mərkəzin Feysbuk səhifəsində ictimai-siyasi, sosial-iqtisadi vəziyyət barədə karikaturalar yayımlanır.
Tərəfdar.az-ın xəbərinə görə, Mərkəz ölkənin səhiyyə, bank sisteminə, o cümlədən telekanallardakı biabırçılığa etiraz olaraq paylaşımlar edir.
Onlardan birində Xoşqədəm Hidayətqızının karikaturasına rast gəlmək olar. Mərkəz üzvlərinin etdiyi paylaşımda qeyd olunur ki, telekanallarımızdan kanalizasiya çirkabı axır, uzaq durun.
Digər paylaşımda yazılıb ki, son bir ayda Azərbaycan səhiyyəsinin öldürdüyü adamların sayı İŞİD-in öldürdüyü adamların sayından çoxdur. Bundan başqa, banka borca görə də adamların həbs edildiyi və bunun qanunvericiliyə zidd olduğu barədə paylaşım var.
Mərkəzin Feysbuk səhifəsindən həmin şəkilləri təqdim etməmişdən öncə bildirək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fiziki qüsurlu uşaqlara təmənnasız yardım göstərən bağça tipli “Qayğı” reabilitasiya mərkəzinin açılışında iştirak edib.

“Qayğı” reabilitasiya mərkəzi 1952-ci ildə inşa olunmuş və Azərbaycan Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən “Zanbaq” uşaq bağçası binasının bazasında yaradılıb.
Reabilitasiya mərkəzi serebral iflic keçirmiş 30-50 uşaq üçün nəzərdə tutulub. Bağça tipli mərkəzdə 3 qrup üzrə 3-6 yaş arası uşaqlar tərbiyə və müvafiq müalicə alacaqlar.
Mərkəzdəki bütün avadanlıq Heydər Əliyev Fondunun hədiyyəsidir. Amma qurum ARDNŞ-in nəzdində yaradılıb.

Əldə etdiyimiz bilgilərə görə, mərkəzin rəhbəri SOCAR prezidenti Rövnəq Abdullayevə yaxın şəxsdir. Maraqlıdır ki, SOCAR-ın nəzdində fəaliyyət göstərən belə bir mərkəzin Feysbuk səhifəsi sözün əsl mənasında ölkədəki problemlərə üsyan edir. Fotoları təqdim edirik:

SOCAR da Xoşqədəmə üsyan etdi-
SOCAR da Xoşqədəmə üsyan etdi-
SOCAR da Xoşqədəmə üsyan etdi-

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın