Ana səhifə / Media / Siyasi təzyiq altında olan jurnalistika: Azərbaycan yenə siyahıda geriləyib

Siyasi təzyiq altında olan jurnalistika: Azərbaycan yenə siyahıda geriləyib

əşkilat bütün dünyada jurnalistlərə təzyiqlərin artdığını deyir

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) illik media azadlığı hesabatını açıqlayıb.

Hesabatda bildirilir ki, bütün dünyada medianın durumu pisləşib, jurnalistlərə, mətbuata təzyiq artıb.

Dünyada mətbuat azadlığı onun qarantı olmalı olan siyasi hakimiyyətlər tərəfindən təhdid edilir”, – hesabatda deyilir.

Bildirilir ki, reytinqi tərtib etmək üçün istifadə edilən beş göstəricidən ən çox aşağı düşəni siyasi göstəricidir. Qlobal orta hesabla 7,6 bal azalma qeydə alınıb.

Hökumətlər jurnalistikanı qoruya bilmir

RFS bildirir ki, 2024-cü ildə dünya əhalisinin yarıdan çoxu seçkiyə gedib. Bu ərəfədə media azadlığı ilə bağlı vəziyyət daha da ağırlaşıb, narahatedici həddə çatıb. Dövlətlər və digər siyasi qüvvələr mətbuat azadlığının qorunmasında getdikcə azalan rol oynayırlar.

2023-cü ilin oktyabrından jurnalistlərə və mediaya qarşı pozuntular yüksək həddədir. 100-dən çox fələstinli müxbir İsrail Müdafiə Qüvvələri tərəfindən öldürülüb. Onlardan azı 22-si iş zamanı həyatını itirib”.

Azərbaycan və qonşuları

Qiymətləndirmə 180 ölkə üzrə aparılıb. Azərbaycan sıralamada 164-cü yerdədir. Bu, o deməkdir ki, ötən illə müqayisədə 13 pillə geriləyib.

Gürcüstan isə sıralamada 103-cü yerdədir. Ötən ilki göstəriciyə baxanda 26 pillə geriləyib.
Cənubi Qafqaz ölkələrindən yeganə Ermənistanın göstəricisi 6 pillə yaxşılaşıb və ölkə 43-cü yerə yüksəlib.

Hesabatda bildirilir ki, Şərqi Avropa və Mərkəzi Asiyada, xüsusən də Belarusda (167), Gürcüstanda (103), Qırğızıstanda (120), Azərbaycanda (164) Rusiyanın repressiv üsullarının təkrarlanması ilə media senzurası güclənib. Bu səbəbdən hər bir ölkədə geriləmə qeydə alınıb.
Dünyada mətbuatın ən azad olduğu ölkələr Norveç, Danimarka, İsveçdir. Ən sonuncu yerdə isə Eritreya yer alıb.

Hesabat müəllifləri bildirir ki, əksər hökumətlər sosial media və internet üzərində nəzarəti gücləndirib, girişi məhdudlaşdırıb, hesabları bloklayıb.

Bəzi siyasi qruplar jurnalistləri təhqir etməklə, nüfuzdan salmaqla, hədələməklə onlara qarşı nifrət və inamsızlığı artırıb.

Ən yaxşı və ən pis

Siyasi göstəricinin ümumi azalması Dünya Mətbuat Azadlığı İndeksinin zirvəsində olan üçlüyə də təsir edib. Məsələn, birinci yerdə olan Norveçin də siyasi xalı aşağı düşüb.

Hesabatda bildirilir ki, ilk yerlərdə olan ölkələrdə belə siyasətçilər media orqanlarını məhkəmə hədələrinə məruz qoyub.

RFS bildirir ki, bütün dünyada media azadlığı ilə bağlı durum sürətlə pisləşməkdə davam edir. Jurnalistlərə qarşı hücumların, iş şəraitinin “fəlakətli” kimi dəyərləndirildiyi ölkələrin sayı artır.

Hesablamalara görə, ötən il 36 ölkə müstəqil jurnalistikanın əməli cəhətdən qeyri-mümkün olduğu ölkələr kateqoriyasına düşüb. Bu da son 10 ilin rekordudur.

Sonda bildirilir ki, dünyanın bütün regionlarında qarşıdan gələn seçkilər jurnalistlərə çox güclü təzyiqlərdən xəbər verir.

Həmçinin oxuyun

Deputat “KVN”-çi televiziya rəhbərlərini tənqid etdi: Murad və Vado kimilər…

Deputat Etibar Əliyev “Planet Parni iz Baku”nun iştirakçılarını sərt tənqid edib. Millət vəkili öz Facebook …