Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Media / Şirkət rəhbərlərinə xəbərdarlıq edildi

Şirkət rəhbərlərinə xəbərdarlıq edildi

Bakı Nəqliyyat Agentliyi yay mövsümü ilə əlaqədar müntəzəm marşrutların fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə sərnişindaşıma ilə məşğul olan şirkətlərə xəbərdarlıq məktubu göndərib.

Qurumdan verilən məlumata görə, məktubda iqlim şəraiti ilə əlaqədar havanın temperaturunun yüksək olmasını nəzərə alaraq, avtobuslarda havalandırma və soyutma sistemlərinin texniki cəhətdən işlək vəziyyətdə saxlanılması, həmçinin havalandırma və soyutma sistemi ilə təchiz olunmamış avtonəqliyyat vasitələrində hava şəraitinin isti olması ilə əlaqədar sürücülərin avtobusların qapısını açıq vəziyyətdə idarə etməmələri ciddi şəkildə tapşırılıb.

Bundan başqa, yay mövsümü ilə əlaqədar sərnişinlərin çimərlik ərazilərinə daşınmasında fasiləsizliyin təmin edilməsi məqsədilə avtobus saylarının tənzimlənməsi, sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi ilə bağlı da daşıyıcılara tapşırıq verilib.

Həmçinin oxuyun

“İnkişafımızı inkar etməyə çalışırlar” – Əli Həsənov

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə (KİVDF) Azərbaycan …

Bir cavab yazın