Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Siracın ata yurduna qovuşma sevinci… – VİDEO

Siracın ata yurduna qovuşma sevinci… – VİDEO

Kəlbəcərdə maşının minaya düşməsi nəticəsində şəhid olan AzTV-nin operatoru Sirac Abışovun Qubadlıya – ata yurduna gedərkən çəkilmiş görüntüləri yayılıb.

Videoda uşaqlığını keçirə bilmədiyi yurduna getməyin xoşbəxtliyi aydın hiss edilir.

“Şükürlər olsun bu günə. Gəlib ata yurduma çatmışam. 28 ildən sonra doğulduğum, uşaqlıq illərimi yaşaya bilmədiyim kəndə gəlmişəm”, – Sirac sevincini dilə gətirib.

Qeyd edək ki, iyunun 4-də saat 11:00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (“Azərtac” xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …