Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Sinif yoldaşı olmayan şagirdlər – VİDEO

Sinif yoldaşı olmayan şagirdlər – VİDEO

Xaçmaz rayonu Ağarəhimoba kənd ibtidai məktəbində 24 şagird təhsil alır.

ARB xəbər verir ki, şagirdlərin az olması səbəbindən siniflər komplektləşdirilib. Sujetdə bildirilir ki, 1-ci sinif ilə 3-cü sinif bir otaqda, 2 və 4-cü sinif şagirdləri də digər bir otaqda bərabər dərs keçirlər.

Tədris işləri ilə 2 müəllim məşğul olur. Məktəbin digər maraqlı cəhəti də odur ki, 4-cü sinifdə yalnız bir şagird oxuyur. Aytac Məmmədova özündən 2 yaş balacalarla bir yerdə təhsil alır. Birləşmiş siniflərdə dərs keçməyin müəyyən çətinlikləri var. Belə ki, 45 dəqiqə ərzində hər iki sinfə vaxt ayırmaq lazımdır.

İbtidai sinfi bitirən məktəblilər təhsilini davam etdirmək üçün qonşu Qadaşoba kənd tam orta məktəbinə üz tuturlar.

Aytac Məmmədova: “Mən 4-cü sinifdə oxusam da 2-ci sinif dostlarıma kömək edirəm. Düzdür, mənim sinif yoldaşım yoxdur, amma mən onları özümə sinif yoldaşı kimi qəbul etmişəm”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın