Cümə , Noyabr 27 2020
Ana səhifə / Media / Sınaq imtahanının nəticələri açıqlandı

Sınaq imtahanının nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 10-da keçirilən sınaq imtahanının nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən 49 116 abituriyentdən 2 655 nəfəri imtahana gəlməyib.
İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 3 abituriyentin imtahan nəticələri ləğv edilib. Hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Həmçinin oxuyun

Azərbaycanda daha bir qəzet fəaliyyətini dayandırıb

Bakı şəhər Baş Polis İdarəsinin orqanı olan “Polis” qəzeti fəaliyyətini dayandırıb. Qəzet 1993-cü ildən həftədə …

Bir cavab yazın