Ana səhifə / Media / Simsiz rabitə texnologiyaları genişləndirilir – FOTOLAR

Simsiz rabitə texnologiyaları genişləndirilir – FOTOLAR

Bakının məhdud infrastrukturlu əraziləri telekommunikasiya xidmətləri ilə təchiz olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İctimaiyyətlə Əlaqələr Sektorundan verilən məlumata görə “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”)  Bakı şəhərinin məhdud infrastrukturlu ərazilərin telekommunikasiya xidmətləri ilə təmin edilməsinə imkan yaradan simsiz rabitə (LTE – Long Term Evolution) texnologiyasının əhatə dairəsini genişləndirib.

Belə ki, “Baktelecom” “LTE” texnologiyasının tətbiqi üzrə işlərin birinci mərhələsini artıq yekunlaşdırır.

İlkin mərhələdə Savalan yaşayış massivi bütünlüklə, Mərdəkan, Şüvəlan, Bilgəh, Albalılıq, Binə, Hövsan, Yeni Ramanı, Yeni  Suraxanı, Sabunçu, Zabrat, Qala, Buzovna, Pirşağı, Binəqədi kəndi, Qaradağ və Badamdar ərazilərinin bir qismində şəbəkə istismara verilib.

Yay mövsümünün əvvəlinədək Biləcəri, Zirə, Türkan, Maştağa, Nardaran, Qaraçuxur, Keşlə, Rəsulzadə qəsəbəsinin Vorovski yaşayış massivi, Həzi  Aslanov və Əhmədli ərazilərinin bir hissəsi də simsiz rabitə şəbəkəsinin əhatə dairəsinə daxil ediləcək.

“Baktelecom”un təqdim etdiyi yeni simsiz rabitə standartı əhalinin istifadə etdiyi alternativ texnologiyalardan üstünlüyü ilə seçilir. Genişzolaqlı simsiz şəbəkə müvafiq ərazilərdə quraşdırılan baza stansiyalarından ötürücü qurğular vasitəsilə abunəçilərin əldə etdiyi qəbuledicilərə ötürülür. Nəticədə IP texnologiyaları əsasında çalışan LTE  texnologiyası məlumatların yüksək sürətlə ötürülməsi və məhdud infrastrukturlu ərazilərin çevik şəkildə telekommunikasiya xidmətləri ilə təmin edilməsinə imkan yaradır.

“LTE” şəbəkəsinin əhatə dairəsinə daxil olan zonalarda telefon, internet və digər multimedia xidmətlərini dəstəkləyən cihazları telekommunikasiya xidmət mərkəzlərindən əldə etmək mümkündür. Abunəçi 25 manatlıq internet paketi üçün 1 il öncədən ödəniş etdiyi halda avadanlığı pulsuz əldə edə bilər.

LTE texnologiyası 100 mb-ə qədər məlumat ötürmə sürətinə malikdir və ən perspektivli simsiz texnologiyalardan biri hesab olunur.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …