Bazar ertəsi , Oktyabr 19 2020
Ana səhifə / Media / Şimşiroqlu Daşaltıda uşaq bağçası tikdirir – Fotolar

Şimşiroqlu Daşaltıda uşaq bağçası tikdirir – Fotolar

25 il öncə  ordumuzun hakimiyyət savaşının rəvac verdiyi təxribatlar nəticəsində uğursuzluğa uğrayan əməliyyatından sonra tamamilə  erməni terrorçu birləşmələrinin nəzarətinə keçmiş  Şuşanın Daşaltı kəndində ermənilər quruculuq işləri aparırlar. 
 
Moderator.az  bu haqda erməni mediasına istinadla xəbər verir. İşğaldan sonra bu qədim Azərbaycan kəndi  Karin Tak adlanır. Ötən illərdə Ümumerməni “Hayastan” fondu kənddə yeni icma mərkəzi binası tikdirib, məktəbin idman zalını təmir etdirib və kəndin su təchizatını təkmilləşdirib. 2016-cı ildən isə Daşaltıda yeni uşaq bağçası tikilməyə başlayıb.  50 uşağa xidmət edəcək bağça qondarma “DQR” rejimi, hazırda Argentinada yaşayan türkiyəli erməni metcenat Qriqor Şimşiroqlu,  digər argentinalı ermənilər: Deveçyan və Ekserçyan, eləcə də Cənubi Kipr və Yunanıstan erməni icmalarının birgə maliyyəsi hesabına tikilir.
Kənd “icra nümayəndəsi” Mxitar Aruşanyanın sözlərinə görə, hazırda Daşaltıda 650-yə yaxın erməni yaşayır.

Həmçinin oxuyun

“Axı niyə İrəvanı bombalamırlar?” – “Kommersant” qəzeti

17 oktyabr gecəsi Azərbaycanın ikinci böyük şəhəri Gəncə yenidən beş gün əvvəlki hadisələri yaşadı. “Elbrus” …

Bir cavab yazın