Cümə , Yanvar 22 2021
Ana səhifə / Media / Sığortasız maşınlar radara düşəcək – VİDEO

Sığortasız maşınlar radara düşəcək – VİDEO

Sürücülərin mülki məsuliyyətinin icbari sığortasına nəzarət gücləndirilir. Martın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsinə əsasən, radarlar icbari sığortası olmayan avtomobilləri qeydə alacaq. 
Sürücünün mülki məsuliyyətinin icbari sığortasının olub-olmamasına nəzarət gücləndirilir. İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydalar martın 1-dən tətbiq ediləcək.
Hazırkı qaydalara görə, icbari sığortanın mövcudluğunun əsasən bir üsulla müəyyən etmək olur.
Martın 1-dən etibarən isə avtomobillərin icbari sığortasının mövcudluğu həm də texniki vasitələrin köməyi ilə  müəyyən ediləcək.
Bu sistemin işə düşməsi üçün icbari sığortalar bürosunun elektron sistemi ilə yol polisinin məlumat sistemi bir-biri ilə əlaqələndirilməlidir.
Hazırkı qaydalara görə, icbari sığorta olmadan nəqliyyat vasitəsinin istifadə edilməsinə görə fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə  300 manat cərimə edilir. Ekspertlər hesab edir ki, bu qayda sürücülərin məsulyyətini və buna uyğun olaraq icbari sığortalanan avtomobillərin sayını artıracaq. Bu isə qəza hadisələrindən sonra sığortanın yoxluğu ucbatından dəymiş ziyanın ödənilməsində yaşana biləcək problemləri minimuma endirə bilər.  Xezerxeber.com

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın