Cümə , Yanvar 22 2021
Ana səhifə / Media / “Sığortalılara dəymiş zərər düzgün qiymətləndirilmir”

“Sığortalılara dəymiş zərər düzgün qiymətləndirilmir”

Azərbaycanda sığorta sahəsi ilə bağlı yaranan məhkəmə mübahisələrində hələ də dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı hallar üstünlük təşkil edir

Bunu açıqlamasında sığorta problemlərinin həlli ilə məşğul olan “Mitra” hüquq şirkətinin direktoru Muxtar Şiriyev deyib.

Onun sözlərinə görə, sığorta qanunvericiliyində dəymiş zərərin məbləğinin sığorta şirkəti tərəfindən, sığortalı bununla razı olmadıqda isə müstəqil ekspertlər tərəfindən müəyyən edilməsi nəzərdə tutulub. Həmin ekspertlər isə əksər hallarda vətəndaşların xeyrinə qərar vermirlər: “Qiymətləndirməyə ancaq dövlət reyestrində olan 20 mütəxəssis cəlb olunur. Bu ekspertlər Maliyyə Bazarlarına Nəzarət Palatasının reyestrində olan, sığorta şirkətləri ilə yaxın münasibətə malik olan ekspertlərdir. Yəni, belə demək mümkündürsə, onlar vətəndaşı deyil, sığortaçıları tanıyırlar və onların müəyyən etdiyi zərər məbləğini adətən dəyişmirlər”.

M.Şiriyevin fikrincə, vəziyyətdən çıxış yolu Azərbaycanda qəzaya uğramış avtomobillərin satışı ilə məşğul olan rəsmi dilerlərin də qiymətləndirməyə cəlb olunması ola bilər: “Yalnız həmin dilerlər dəqiq müəyyən edə bilər ki, maşını düzəltməyin xərci nə qədərdir”.

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın