Ana səhifə / Media / Sevindik Hətəmov kimi ələ salıb? – təfsilat

Sevindik Hətəmov kimi ələ salıb? – təfsilat

İcra başçısı polisin kreditini bağlamağa məsul deyil, Salyanın rəhbəri hərəkətləri ilə hakimiyyəti çətin durumda qoyur

Bir zamanlar Yardımlıda «fəğan edən» Sevindik Hətəmov Salyana icra başçısı təyin olunduqdan sonra kursu tamamilə dəyişdi. Politika.Az xəbər verir ki, dağ rayonunda əhalinin sədalöhvlüyündən istifadə edən icra başçısı orada 5-10 adamla münasibət qurmaq sayəsində bir az hörmət qazanmışdı. Lakin analoji addımın Salyanda işə yarayacağı mümkünsüz görünür.

Qeyd edək ki, Sevindik Hətəmovun bəzi hərəkətləri təkcə özünü gülməli vəziyyətə salmır, həm də hakimiyyəti çətin durumda qoyur. Siyasətçizlik, bacarıqsızlıq səbəbindən ortaya çıxmış mənzərə isə zaman içində daha ciddi fəsadlara yol verəcək həddədir.

Politika.Az xəbər verir ki, bir neçə gün əvvəl Salyanda 15 yaşlı gəncin suda batması bütün rayon rəhbərliyini qismən də olsa, hərəkətə gətirib. Məlumatda deyilir ki, Akkuşa çayında aparılan axtarışlardan sonra polis işçilərindən biri onu taparaq, ailə üzvlərinə təhvil verib. Bundan sonra Sevindik Hətəmov şou göstərməyə başlayıb. Üstəlik, bu şousunu reklam etməkdən də çəkinməyib.

Belə ki, Salyan RPŞ-nin Pərviz adlı əməkdaşı 15 yaşlı oğlanın meyitini suyun altından tapıb. Bu zaman başçı Sevindik Hətəmov onu mükafatlandırmaq qərarına gəlib və nə istədiyini soruşub. Polis əməkdaşı isə kreditləri olduğunu deyib. İcra başçısı ona kreditlərini tam ödəyəcəyini vəd edib.

Hətəmova bildirmək lazımdır ki, əvvəla sağ əlin verdiyini sol əl bilməməlidir. Əgər yaxşılıq etmək istəyirdisə, bunu niyə reklam edirdi? Bu nə dinə, nə də adi qaydalara sığan hal deyil.

İkincisi, Salyanın icra başçısı bu hərəkətiylə, yəni məsələni reklam etməklə əslində hakimiyyəti çəkin vəziyyətə qoyub. O, bununla isbat edib ki, ölkədə vəziyyət çox ağırdır, hətta aylıq əmək haqqısı 500 manat olan polis işçisi belə banklardan kredit götürüb və bu gün qaytara bilmir.

Baş verənlərdən anlaşılan odur ki, Sevindik Hətəmov artıq kimlərisə ələ salmağa başlayıb. Hərəkətləriylə də bunu təsdiqləməkdədir. Sadəcə, məlum olmayan odur ki, Salyanın icra başçısı kimi və ya kimləri ələ salır? Özünümü? Cəmiyyətimi?

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın