Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Sevinc Osmanqızı kimdir? – casus qadın “milli” libasda…

Sevinc Osmanqızı kimdir? – casus qadın “milli” libasda…

6 il Britaniya, 8 il ABŞ, daha sonra BBC, indi yenə ABŞ.., bəs Azərbaycan?


Çin filosofu L.Lozinin “çürük beyinlər həqiqəti gördükdə yalanla özünü daha çox  məşğul edər” ifadəsi siyasi nəzəriyyədə bütün dövrlərdə “etalon beyin diaqnozu” kimi qəbul olunub: yuyulmuş beyin öz inandığı yalana sitayiş edir. Bu bir aksiomadır, dəyişə də bilməz.
 Bu ifadəni boş yerə işlətmədim, məsələn, Sevinc Osmanqızının casus olduğunu, hələ tələbə vaxtından ABŞ kəşfiyyatı tərəfindən ələ keçirildiyini anlamaq üçün çürük beyin daşıyıcıları ilə necə söhbət etmək olar, yuyulmuş beyin sahiblərinin yalana sitayiş etdiklərini özlərinə necə başa salmaq olar? Amma… Preslənmiş əqidəli radikal müxalifətçilərdəki uzun illərin oturuşmuş “çürük beyin divarları”nı kimsə dağıda bilməz, bu, onlar üçün əsas İSTEHKAMdır, elə onları da “fərqli”, “güclü” edən budur. Sən Sevinc Osmanqızının kimliyini radikal düşüncə sahiblərinə izah edə bilməzsən. Çünki kim Azərbaycan hakimiyyətinə qarşıdırsa, hətta həmin şəxs başqa ölkənin casusu olsa da, radikallların qəbuludur… Necə ki, bunu müxalifət liderləri zaman-zaman sübut ediblər: “Azərbaycan hakimiyyətini devirmək üçün ermənilərlə də işbirliyinə hazıram” (AXCP sədri Ə.Kərimli).
Sevinc Osmanqızının Vikipediyası nə deyir?
24 yaşında Azərbaycan Xarici İşlər Nazirliyində 3-cü katib işlədikdən sonra 6 il Britaniyada jurnalist fəaliyyəti göstərib. Azərbaycana qayıtdıqdan sonra 8 il ABŞ-ın Azərbaycandakı səfirliyində çalışıb. Və deyirsiz ki, ömrünün 14 ilini ingilis, amerikan dəhlizlərində keçirən bu qadın “milli”dir, həmin dövlətlərin causu deyil və onlar o qədər ağılsızdırlar ki, bir azərbaycanlını mətbəxlərinə soxurlar?
1966-cı ildə anadan olan Sevinc 1991-ci ildə BDU-nun Jurnalistika fakultəsini bitirir. Ali məktəbi bitirən kimi xəbər agentliyində parlament müxbiri olur, az sonra isə AzTV-də hansısa görünməyən bir “əl” onu toxunulmaz edir.  Daha sonra isə sanki möcüzə baş verir: ali mətkəbi yeni bitirən bu qızcığaz XİN-ə III katib vəzifəsinə təyinat alır. Çoxları deyə bilər ki, Elçibəy hakimiyyəti dövründə bu təyinatı normal qarşılamaq olardı, çünki bədən tərbiyəsi müəllimi icra başçısı təyin edilmişdi. İlla, səhv anlamayın, mən Sevinci bədən tərbiyəsi müəllimi müqayisə etmirəm, amma ali məktəbi bitirən bir qızcığazın III katib vəzifəsinə təyinatı xeyli şübhə yaratdı. S.Osmanqızının tələbə yoldaşı olan keçmiş deputat Aynur Sofiyeva 2014-cü ildə mətbuata verdiyi açıqlamada ondan ağız dolusu danışsa da, daha sonra bəzi həqiqətləri etraf etməli olur. Məsələn, Sevincin tələbə vaxtı “bizə amerikalılar təmkinli olmağı öyrədirlər” ifadəsi bir vaxtlar rəhmətlik müəllimi Ş.Hüseynovu da qəzəbləndirmişdi.Və qısa müddət sonra bu şübhələr gerçəyə çevrildi: S.Osmanqızı BBC radiosu Azərbaycan redaksiyasında işləyir (1994-1999). Xüsusi xidmət orqanlarının keçmiş zabiti mənimlə söhbətində dedi ki, BBC təkcə media qurumu deyil, ordakıların çoxu təlim keçmiş casuslar, agentlərdir ki, müxtəlif vəzifələrdə işləyirlər və daha çox qadın casuslar bu qurumun özəyini təşkil edir. Ancaq məsələ bununla bitmir, Sevinc 2000-ci ildə gözlənilməyən bir zamanda ABŞ Səfirliyində mühüm posta təyinat alır, nə az, nə çox düz 8 il, 2008-ci ilə qədər orada işləyir. Təsəvvür edin, bu adam ali məktəbi bitirindən bu günə qədər bircə gün belə öz dövlətinə çalışmır, maaşını da xarici valyuta ilə alır. 2008-ci ildə isə daha fərqli mənzərə ortaya çıxır: prezident seçkiləri ərəfəsində ABŞ-ın, Qərb dövlətlərinin Azərbaycanda inqilab edəcəyinə sevinənlər Sevinci öz yanlarında görürlər, söz yox ki, bu niyyəti pərdələmək Sevinc üçün ANS ən optimal variant idi və o, “Cümə söhbətləri” verilişini aparmaqla xəfiyyə obrazını yırtmağa çalışır. Bu həmin vaxt idi ki, insanlar ANS-ə inanırdı və ekrana kim çıxsa idi, ona da inanacaqdılar. Necə deyərlər, ABŞ kəşfiyyatı nə iş gördüyünü yaxşı bilir. Adi jest, mimika ilə verilişinə qonaq çağırdığı şəxsləri üz-üzə qoya bilirdi, iqtidar nümayəndəsinin çıxışı zamanı Sevinc adi üz hərəkəti ilə Azərbaycan hakimiyyətinə olan münasibətini də ortaya qoyurdu. Sonrakı hadisələr bəllidir. İndi necə fikirləşirsiniz, ömrü boyu ABŞ və Qərb dövlətlərinin rəsmi orqanlarında işləyən birinin Azərbaycan hakimiyyətinə qarşı tutduğu mövqe sorğu-sualsız qəbul olunmalıdır? Radikal müxalifət liderləri bunu yaxşı başa düşürlər, ancaq ortada sadə müxalifətçiləri güdaza verirlər. Ümumiyyətlə, Sevinc öz sözünümü deyir və müstəqil şəkildə bunu edə bilərmi? Xeyr!
Ailəsini, vətənini casusluq fəaliyyətinə qurban verən qadın… Qaçış planı…
          S.Osmanqızı Azərbaycan dövlətinə qarşı uzun illərdir apardığı “mübarizə”ni bu dəfə fərqli formada aparmalı idi, çünki sonrakı hadisələr də göstərdi ki, “siyasi mühacir” məsələləri Qərb dairələrinin ölkəmizə qarşı yeni fəaliyyət planlarının prioritet istiqamətlərindəndir. Bəli, Sevinc bu prosesdə, özü də ən başda yer almalı idi! ). 2012-ci ildə həyat yoldaşı Azər Xəlilovla (ATV-nin prezidentidir, həmin vaxt “CBC” TV-nin direktoru idi) süni münaqişə yaradır, ərindən icazə alır, istirahətə ehtiyacı oldğunu deyərək 2 azyaşlı övladını (bir qız, bir oğlan) götürərək İstanbula bilet alır, amma eyni vaxtda gizli formada ABŞ-ın Azərbaycandakı səfirliyindən viza alır və övladlarını da götürərək Azərbaycandan Türkiyəyə uçur. Türkiyədən isə uşaqlarını ABŞ-a qaçırır. Bir müddət övladları ilə bağlı atdığı qanunsuz addıma görə problemlə üzləşəcəyini bilirdi, ona görə də, o, problemi həll etmədən siyasi fəaliyyətə başlamadı. 2018-ci il iyun ayının 22-də, özünə doğum günü hədiyyəsi də alır – 261 min dollarlıq mənzil. Mənzil Florida ştatının varlılar məkanı kimi tanınan Mayami şəhərinin prestijli məhəlləsində-Biscayne küçəsində yerləşir. Məsələnin ən maraqlı tərəfi odur ki, S.Osmanqızının mənzil aldığı ərazidə Rusiya xidmət orqanları əməkdaşlarının, xüsusi şəxslərin mülkləri yerləşir. Sevincin coğrafi baxımdan orada yerləşməsi ya ABŞ kəşfiyyatının “Qafqaz bloku” planıdır, ya da digər maraqlı məqamları üzə çıxarır. Məsələn, S.Osmanqızına mənzil alqı-satqısında ABŞ-da yerləşən “Miami Paradise for Russian” şirkətinin makleri İra Antonova adlı rus mühacir yardım edib.1-ci hissə, ARDI var…

Samir FEYRUZ 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …