Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Seçicilər Ağalar Vəliyevi fitə basdılar

Seçicilər Ağalar Vəliyevi fitə basdılar

Deputatlığa namizəd üzləşdiyə mənzərədən şoka düşüb, halı pisləşib

97 saylı Goranboy-Ağdam-Tərtər Seçki dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Ağalar Vəliyevin başına iş gəlib. JAM.AZ xəbər verir ki, hazırda deputat olan Vəliyev Qaradağdan deyil, Goranboydan namizəd olmaqla ciddi səhvə yol verdiyinin fərqinə varıb. Xüsusən də, seçki təbliğatı apararkən kəndlərdə keçirdiyi görüşlər zamanı üzləşdiyi mənzərələrdən sonra bu düşüncələri daha da artıb.

Verilən məlumatlarda deyilir ki, ötən günlərdə Goranboy rayonunun Şəfəq, Yeni-yol və Xanqərvənd kəndlərində görüşlər keçirən Ağalar Vəliyev şoka düşüb. Şoka düşməsinə səbəb isə görüşə gəlmiş seçicilərin bir çoxunun onu fitə basması olub. JAM.AZ-a məlumat verən mənbənin sözlərinə görə, deputat camaatla görüşən zaman bir qrup şəxs ona etiraz olaraq fitə basıblar. Bundan bərk narahat olan Vəliyevin halının pisləşdiyi deyilir. Və onun görüş yerini təcili olaraq tərk etdiyi vurğulanır.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın